Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Maliyyə bazarlarına nəzarət üçün yeni qanun - Milli Məclisə təqdim olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə bazarlarına nəzarət üçün yeni qanun - Milli Məclisə təqdim olunacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) hazırladığı “Maliyyə bazarlarının tənzimlənməsi və nəzarət haqqında” qanun layihəsi gələn il təsdiq üçün Milli Məclisin payız sessiyasına təqdim olunacaq.


Bu barədə Bakıda keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda MBNP-nin Hüquqi təminat İdarəsinin rəisi Nurlan Babayev məlumat verib.

 

Onun sözlərinə görə, bu, vahid çərçivə qanunu olacaq: “Söhbət maliyyə bazarlarını tənzimləyən vahid hüquqi çərçivənin yaradılmasından, risk əsaslı və qabaqlayıcı tənzimləmə və nəzarət tədbirlərinin görülməsindən, nəzarət tədbirləri zamanı yeni alətlərin tətbiqindən və s.-dən gedir”.

 

Bundan başqa, gələn il Azərbaycan parlamenti “Ödəniş sistemləri haqqında” qanun layihəsinə baxmalı olacaq. N.Babayev deyib ki, indiyə qədər ölkədə ödəniş sistemləri tənzimlənməsə də, artıq buna ehtiyac yaranıb: “Bu günə qədər bəlkə də yaxşı olub ki, ödəniş sistemlərinin fəaliyyətini tənzimləməmişik, onlara kapital tələbi qoymamışıq və inkişaf ediblər. Amma artıq tənzimləməyə ehtiyac yaranıb”.

 

© Report

24.11.2017 12:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ