“STAR” üçün geriyə sayım başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“STAR” üçün geriyə sayım başlayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan "STAR" neft emalı zavodunun fəaliyyətə başlaması üçün geriyə sayım başlayıb.


Türkiyənin “Ekonomist” nəşrinin verdiyi xəbərə görə, “STAR Rafineri A.Ş”-nin baş direktoru Mesut İlter bildirib ki, zavod gələn il oktyabrın 1-də istifadəyə veriləcək.


“Təməli Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan tərəfindən 2011-ci il oktyabrın 25-də atılan zavodda inşaat işlərinin 96,4%-i (oktyabrın sonuna-Rep.) tamamlanıb. Zavodda Türkiyənin idxaldan asılı olduğu məhsullar istehsal olunacaq. Zavod Türkiyənin cari kəsirinin örtülməsində 1,5 mlrd. dollarlıq fayda verəcək. Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib zavodda ildə 10 mln. ton xam neft emal ediləcək. Zavod fəaliyyətə başladıqdan sonra burada ildə 1,6 mln. ton nafta, 4,8 mln. ton ultra aşağı kükürdlü dizel, 1,6 mln. ton təyyarə yanacağı, 700 min ton neft koksu, 160 min ton kükürd və digər məhsullar istehsal olunacaq”, - deyə M.İlter qeyd edib.

 

© Report

24.11.2017 12:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ