Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

ABA "Kreditorların hüquqlarınımn müdafiəsi haqqında" qanunun qəbulunu təklif edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABA "Kreditorların hüquqlarınımn müdafiəsi haqqında" qanunun qəbulunu təklif edir

 

Azərbaycanda borcalanların hüquqları kifayət qədər qorunduğu halda, borcverənlərin hüquqları əksər hallarda pozulur.

Reklam_3_11


Bu barədə Bakıda keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.


Onun sözlərinə görə, bəzən banklardan aldığı borcu qaytarmayan vətəndaşa qarşı məhkəmə prosesi 10 ilə qədər çəkir: “Pulunu tələb edən bankın özünə qarşı iddia qaldırılır, ondan kredit müqaviləsinin ləğvi istənilir. Halbuki, bankın vəsaiti borcalanda olub, o, bundan istifadə edib və geri qaytarmayıb, son nəticədə borcverənin hüquqları pozulub”.


Z.Nuriyev təklif edib ki, vəziyyəti düzəltmək üçün Azərbaycanda “Kreditorların hüquqlarının müdafiəsi haqqında" da qanun qəbul edilsin: “Əks təqdirdə kredit bazarının sürətli inkişafı, iqtisadiyyata lazımi səviyyədə vəsait qoyuluşu mümkün deyil. Banklara qarşı əsassız təqiblərə son qoyulmalıdır. Ola bilməz ki, banklar kredit versin, daha sonra onlardan güzəşt tələb edilsin. İntizamlı müştəri ilə intizamsız müştəri arasında fərq qoyulmalı, sonuncuya qarşı lazımi hüquqi tədbirlər görülməlidir”.

 

©Report

24.11.2017 13:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ