Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Blokçeyn texnologiyasının Azərbaycanda tətbiqi araşdırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Blokçeyn texnologiyasının Azərbaycanda tətbiqi araşdırılır

Blokçeyn texnologiyasının tətbiqi imkanları ilə bağlı görüş keçirilib.

 

Reklam_3_11

Mərkəzi Bankdan verilən məlumata görə, maliyyə texnologiyaları üzrə müasir çağırışlar və qabaqcıl trendlər Mərkəzi Bankda yaxından izlənilir və beynəlxalq təcrübə öyrənilməklə fəaliyyətin effektivliyinin və səmərəliliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə xarici təşkilatlar ilə davamlı müzakirələr aparılır, yeni təşəbbüslərin ölkəmizdə tətbiqi araşdırılır.

 

Həyata keçirilən tədbirlər çərçivəsində bu gün Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyevin rəhbərliyi ilə İsveçrənin Cənubi Qafqaz regionu üzrə Əməkdaşlıq Ofisinin regional direktorunun müavini Simone Haeberli və İsveçrənin “Trüb Trading” şirkətinin İdarə Heyətinin sədri Christoph Franzen ilə görüş keçirilib.

 

Görüşdə xarici dövlətlərdə blokçeyn texnologiyasının tətbiqi həlləri, elektron identifikasiya sistemlərinin informasiya və ödəniş sistemlərinə inteqrasiyası imkanları, müvafiq olaraq Gürcüstan və Estoniya təcrübələri barədə geniş müzakirələr aparılıb.

 

Görüşdə həmçinin qurumlar arasında yeni əməkdaşlıq istiqamətləri və perspektivləri müzakirə olunub.

24.11.2017 13:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ