Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan Beynəlxalq Bankında yeni təyinat

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Beynəlxalq Bankında yeni təyinat

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) rəhbərliyində daha bir dəyişiklik baş verib. Bankın yeni formalaşan peşəkar idarəetmə komandasına Cəlal Orucov da qoşulub. O, ABB-nin Baş texnologiya inzibatçısıvəzifəsinə təyin edilib.

 

Bank texnologiyaları, eləcə də kart prosessinq sahəsində böyük təcrübəyə malik Cəlal Orucov ABB-də elektron bankçılıq istiqamətinin inkişafı məsələləri ilə məşğul olacaq.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin məzunu olan C.Orucov müxtəlif vaxtlarda Azərbaycan Mərkəzi Bankında və digər maliyyə qurumlarında fəaliyyət göstərib. Ölkəmizin ən böyük prosessinq mərkəzlərindən sayılan Milli Kart prosessinq mərkəzinin 2006-cı ildən icraçı direktoru olub. ABB-dəki son təyinata qədər isə Unibankın Texnologiyalar üzrə direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, səhmdarların yanvarın 10-da keçirilmiş növbədənkənar ümumi yığıncağında ABB-nin İdarə Heyətinin sədri də dəyişib. Bu vəzifəyə Xalid Əhədov təyin olunub. Regionun maliyyə bazarında 25 ildir ki, mövcud olan ABB-nin yeni menecmentinin əsas hədəfləri xərclərin optimallaşdırılmasına, restrukturizasiya hesabına fəaliyyətin effektivliyinə nail olmaq, həmçinin ABB-nin sağlamlaşdırılması prosesini bu il uğurla başa çatdırmaqdan ibarətdir. Artıq yeni rəhbərlik tərəfindən bu istiqamətdə intensiv addımlar atılmaqdadır.

 

17.01.2017 07:54

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ