Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda 50 mehmanxana açılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 50 mehmanxana açılacaq

"Azərbaycanda gələn il daha 50 mehmanxana açılacaq. 

 

Reklam_3_11

Bunu Bakıda keçirilən "Azərbaycan Turizm Forumu"nda "New Baku Hotel"inin rəhbəri Ceyhun Aşurov bildirib.  

 

Onun sözlərinə görə, xarici turistlərin sayında artım var. Təkcə ötən il Azərbaycana 2 milyon 249 nəfər turist gəlib. "Turist sayının çox olmasına baxmayaraq marja azalıb. Çünki iqtisadi vəziyyəti nəzərə alsaq görərik ki, xərclər gəlirdən çox olub. Mehmanxana sayında da artım olub. Statistikaya görə, ötən il mehmanxanaların sayı 563 olub, 760 turizm şirkəti açılıb. Gələn il isə əlavə 50 mehmanxana açılacaq. Onuda qeyd edim ki, bu sektor tərəfindən bu il dövlətə ödənilən vergilərin həcmi də artıb".

 

C.Aşurov dünya üzrə turizm sektorunda müştərilərin azalma səbələrini də qeyd edib. O bildirib ki, dünya üzə aparılan statistikaya görə, azalmada əsas səbəb kimi müştərilərin 1%-nin ölməsi, 5%-nin yeni vərdislərə görə bu sektoru tərk etməsi, 9%-i qiymətə görə, 68%-nin isə laqeydliyə görə ayrılmasıdır. 

 

"Azərbaycanda hələ də bir ulduzlu mehmanxana yoxdur" 

 

"Azərbaycanda hələ də bir ulduzlu mehmanxana yoxdur. Ölkədə fəaliyyət göstərən 575 mehmanxana və ya mehmanxana tipli obyektlər var ki, bu nda da 33-ü 5 ulduzludur. 


Bunu Bakıda keçirilən Azərbaycan Turizm Forumunda DAİR Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib. 


Onun sözlərinə görə, ölkədəki mehmanxana və ya mehmanxana tipli obyektlərin 52%-i 4 ulduzludur. Umumilikdə otellərin yalnız yarısına ulduz verilib. Azərbaycanda hələ də bir ulduzlu mehmanxana yoxdur.
Samir Dübəndi onu da qeyd edib ki, otellər və motellər vergi verir amma icarəyə verilən evlər vergi vermirlər. Bunlar da oteldən aşaği qiymətlə potensial turistləri otellərini əlindən almış olurlar.

 

© FED

26.11.2017 10:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ