Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Tam torpaqsız şəraitdə becərilir, gündəlik 1000-1500 qızıl gül dərilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tam torpaqsız şəraitdə becərilir, gündəlik 1000-1500 qızıl gül dərilir

Ölkəmizdə kənd təsərrüfatına göstərilən dövlət dəstəyindən yararlanan “AzAqro” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) iki hektar ərazidə müasir istilikxana kompleksi qurub. Burada holland sortundan olan qızıl gül və tərəvəz yetişdirilir. Hollandiyadan gətirilmiş qızıl gül tingləri tam torpaqsız şəraitdə, xüsusi mineral substratda becərilir. Əsasən 6 növ gül əkilib. Bir dəfə əkilən gül tingindən 4-5 il davamlı şəkildə gül dərmək mümkündür.

 

“AzAqro”nun baş mühəndisi Əli Qurbanov  bölgə müxbirinə bildirib ki, istilikxananın 1 hektarında Hollandiyadan gətirilmiş güllər, digərində isə tərəvəz yetişdirilir. Bütün məhsullar yerli bazara çıxarılır, bir qismi isə xaricə ixrac olunur. Gül istilikxanasında mikroiqlim və suvarma proseslərinin hamısı mərkəzləşdirilmiş kompüterlə idarə olunur.

 

İstixana şəraitində yetişdirilən güllərdən gün ərzində 1000-1500 qızıl gül dərilir.

 

Gülçü Könül Xıdırova bildirib ki, 8 ildir bu istixanada gül becərir. Güllər əsasən səhər-səhər yığılır və çeşidlənməyə verilir. Çeşidlənmədə güllər növlərə və rənglərə görə seçilir, buketlərə vurularaq, xüsusi qablarda saxlama kameralarına yerləşdirilir. Oradan isə həm sifarişçiyə, həm də satışa göndərilir.

 

© Azərtac

27.11.2017 03:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ