Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Azərpoçt"un rəhbəri işdən çıxıb - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərpoçt"un rəhbəri işdən çıxıb - YENİLƏNİB

"Azərpoçt" MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb.


 
MMC-dəki mənbə bildirib ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.


 
Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq baş direktorun müavini Sübhan Kazımova həvalə olunub.
 


"Azərpoçt" MMC-nin mətbuat katibi Günel Gözəlova isə bildirib ki, Ü.Mansurov oktyabrın 16-dan öz xahişi ilə işdən ayrılıb. Qurum rəsmisi baş direktor vəzifəsinin müvəqqəti icrasının S.Kazımova həvalə olunduğunu da təsdiqləyib.

 

Xatırladaq ki, Ü.Mansurov "Azərpoçt" MMC-dən öncə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub.


 
Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.

 

© APA

27.11.2017 09:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ