Mobil manşet üstü reklam-3_21

“Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi” təsdiq edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi” təsdiq edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi”nin razılaşdırılması prosesi başa çatmış və müqavilənin nümunə forması “Azəbaycan İpoteka Fondu” ASC-nin İdarə Heyəti tərəfindən qəbul edilmişdir.

 

Bu barədə "Marja" ASC-yə istinadən xəbər verir.

 

"Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən güzəştli mənzillərin ipoteka krediti hesabına satılması nəzərdə tutulmuşdur. Güzəştli mənzillərin alqı-satqı müqaviləsinin nümunəvi formasının Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi ilə razılaşdırmaqla, “Azəbaycan İpoteka Fondu” ASC tərəfindən təsdiq edilməsi Qaydada müəyyən edilmişdir.

 

Yuxarıda qeyd olunanlarla əlaqədar, “Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi”nin razılaşdırılması prosesi başa çatmış və müqavilənin nümunə forması “Azəbaycan İpoteka Fondu” ASC-nin İdarə Heyəti tərəfindən qəbul edilmişdir. Bu müqavilə vasitəsilə Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan və mülkiyyət hüquqları qabaqcadan qeydiyyata alınan mənzillərin müvafiq qaydada satışa çıxarılmasından sonra vətəndaşlar tərəfindən rəsmiləşdirilməsi imkanı yaradılmışdır",- ASC-nin məlumatında bildirilir.

27.11.2017 07:37

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ