Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Beynəlxalq Bankın "ƏLA" xidmət mərkəzi yeni ünvanda

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankın "ƏLA" xidmət mərkəzi yeni ünvanda
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Beynəlxalq Bankının “ƏLA - Ən Lazımi Anda” brendi altında yaradılmış elektron xidmət mərkəzi yeni ünvanda yeni imkanlarla fəaliyyətə başlayıb.

 

Reklam_3_11

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, "ƏLA" mərkəzi müştərilərə Nizami küçəsi 67 ünvanında (Bankın Baş ofisi) xidmət göstərəcək. Bundan əvvəl "ƏLA" Əliyarbəyov küçəsi  9 ünvanında fəaliyyət gösərirdi. 

 

"Müasir texniki vasitələrlə təchiz olunmuş mərkəzdə müştəri bankın əməkdaşı ilə videoəlaqə yaradaraq, lazımi bank əməliyyatlarını asanlıqla həyata keçirir. Mərkəzin yeni imkanlarından biri bundan ibarətdir ki, indi burada innovativ bankçılıq texnologiyalarından olan avtomatlaşdırılmış depozit qutuları sistemi də quraşdırılıb",- məlumatda deyilir.

 

ƏLA mərkəzində aşağıdakı bank əməliyyatlarını həyata keçirmək mümkündür:

 

-Cəmi bir neçə dəqiqə ərzində ƏLA debet kartı almaq və karta şifrə təyin etmək;

-8937 qısa nömrəsinə SMS göndərməklə kredit almaq;

-Təhlükəsizlik və məxfilik şəraitində, bank əməkdaşının köməyinə ehtiyac qalmadan qiymətliləri depozit qutularında yerləşdirmək, yaxud bankdan götürmək.

 

Bank yaxın gələcəkdə ƏLA xidmət mərkəzlərinin sayını artırmağı planlaşdırır.

 

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

27.11.2017 07:48

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ