Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Volkswagen-dən satış rekordu!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Volkswagen-dən satış rekordu!

Emissiya qalmaqalından sonra satışları bir az azalan Almaniyanın avtomobil nəhəngi Volkswagen (VW), artıq çətin günləri geridə qoyub. "Marja" xəbər verir ki, avtomobil istehsalçısının qlobal satışları 2017-ci ilin Sentyabr  ayında 8.4 faiz artımla 593 min 700 ədədə çıxaraq rekord qırıb.


Sentyabr ayında Çindəki satışlarnı 7.5 artımla 301 min 500 ədədə qaldıran VW, yeni bir rekorda imza atıb. VW-nin Çindəki ilk doqquz aylıq satışları isə 3.2 faiz artaraq 2 milyon 200 min ədədə yüksəlib.


 
 ABŞ-DA DA SATIŞ ARTIB


 
 Dünyanın bir çox ölkəsində satışlarını artıran Alman markası, qalmaqalın üzə çıxdığı ABŞ-da da satışını artırıb.
 

Volkswagenin ABŞ-dakı satışları iki il aradan sonra ilk dəfə artıb. Marka ilin ilk doqquz aylıq dövründə 9.2 faiz artımla 252 min 500 ədəd avtomobil satışı həyata keçirib. Aylıq satışlar isə sentyabrda 32 min ədədin üzərinə  çıxıb. Alman brendinin Cənubi Amerika bazarındakı satışları isə təxminən 25%  artaraq 315 min ədədə yüksəlib.


 
 VW QRUPDAN REKORD
 

VW, Audi, Skoda, Seat, Porsche, MAN və Scania kimi markaların daxil olduğu Volkswagen Qrupunun isə cəmi qlobal satışları 2017-ci ilin Sentyabr ayında 6.6 faiz artımla 1 milyon 10 min ədəd təşkil edib.


 

Qrupun Şimali Amerikada satışları 1.35 faiz artımla 85 min 900, Cənubi Amerika satışları 68.4 faiz artımla 47 min 800, Avropada satışları 1.5 faiz artımla 404 min 500 ədəd, Asiya Sakit Okean bölgəsində satışları 6.1 faiz artımla 436 min 700 ədədə çıxıb.


 
 İlin doqquz aylıq dövründəki qlobal satışlar isə 2.6 faiz artaraq 7 milyon 806 min 700 ədədə yüksəlib.

27.11.2017 08:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ