Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycandan ABŞ-a köçmək istəyənlər 2 dəfə artdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan ABŞ-a köçmək istəyənlər 2 dəfə artdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu il “Greencard” üçün qeydiyyat bir neçə gün öncə - 22 noyabrda başa çatıb.

 

“Greencard Azərbaycan” şirkətindən verilən açıqlamada qeyd edilib ki, keçən il lotereyada azərbaycanlıların müraciətlərinin sayı 40-50 min nəfər  idisə, builki müraciətlər 70-80 min civarında dəyişir. Azərbaycan üçün ayrılan yer sayı isə təxminən 3500-dür.

 

“Greencard Azərbaycan”dan verilən məlumata əsasən, hər il Azərbaycandan müraciət edənlərdən təxminən 300-500 nəfər “Greencard” qalibi olur (növbəti il bu rəqəmin 700-800 olması gözlənilir).

 

“Nəzərə alsaq ki, təxminən, hər 100 nəfərdən yalnız biri “Greencard” qazanır, deməli, ayrılan yer üçün müraciət sayı çox azdır. Həmişə olduğu kimi, bu il də müraciət edənlərin əksəriyyəti 18-24 yaş aralığında olan subay gənclərdir”.

 

“Greencard Azərbaycan” şirkəti noyabrın 20-də qeydiyyatı dayandırıb.

 

Proqramının nəticələri 15 may 2018-ci il tarixindən başlayaraq elan ediləcək. Qalib olmuş şəxslər 2019-cu ilin oktyabr ayına qədər ABŞ səfirliyindən vizalarını ala biləcəklər.

 

"Green Card", ABŞ vətəndaşı olmayan insanlara onların həyat yoldaşı və 21 yaşdan aşağı subay uşaqları ilə Amerika Birləşmiş Ştatlarına köçərək ömür boyu yaşamaq və işləmək icazəsi verən rəsmi sənəddir. 

 

© Modern.az 

27.11.2017 08:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ