Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

3 proqnozu doğru çıxan azərbaycanlı: Bitcoin 12 000 dollara doğru yüksəlir

iç səhifə xəbər başlığı altı (mobil)_31
3 proqnozu doğru çıxan azərbaycanlı: Bitcoin 12 000 dollara doğru yüksəlir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bitcoin-in qiymətilə bağlı verdiyi 3 proqnozu doğru çıxan Rəşad Camal Mehdiyev “Marja.az”ın Facebook səhifəsində canlı yayıma qatılıb. Bitcoin-in qiymətinin çatdığı səviyyələrə toxunan və izləyicilərin suallarını cavablandıran məsləhətçi, qiymətin 12 min dollara doğru hərəkət etdiyini qeyd edib.   

 

Virtual pullar ilə bağlı təmənnasız məsləhətlər verən Rəşad Camal Mehdiyev bildirib:

 

“Oktyabr ayının əvvəlində, Bitcoin-in qiyməti 5000 dollar səviyyəsini keçən zaman bu ilin sonunda qiymətin 7000 dollara çatacağını bəyan etmişdim. Həmin vaxt, çoxları buna inanmırdı və qeyd edirdilər ki, 5000 dollar səviyyəsi sondur. Çox keçmədi Bitcoin-in qiyməti 7000 dolları keçdi. Bu zaman mən qiymətin 8500-9000 dollara yüksələcəyini proqnozlaşdırdım. Bu proqnozum da düzgün çıxdı. Daha sonra qiymətin 10 min dollara qalxacağını dedim. Hazırda Bitcoin-in qiyməti 9800 dollara yaxındır. Proqnozum 98% reallaşıb”.

 

Rəşad Camal Mehdiyev qeyd edib ki, dünyanın ən böyük birja əməliyyatçısı CME-nin Bitcoin ilə fyüçers müqavilələrini təklif etməyə başlaması qiyməti daha da qaldıracaqdır:

 

“CME-nin müqavilələri təklif etməsi Bitcoin alışlarını daha da artıracaqdır. Mən 11-12 Dekabrda növbəti proqnozumu verəcəyəm. Həmin tarixlərdə CME Group şirkətinin Bitcoin-i öz təkliflərinə daxil edəcəyi gözlənilir. Maliyyəçilər CME şirkətinin nə qədər böyük və güclü olduğunu bilirlər. Bu zaman alışlar kəskin artacaqdır və bu qiymətlərin daha yüksək sürətlə artmasına rəvac verəcəkdir. Biz baxacağıq, 12 min dolları görəcəyik, yoxsa görməyəcəyik. 10 min dolları görmüşük, Bitcoin artıq 12 min dollara doğru yol alıb. Dekabrın 11-12-də CME-nin açıqlamasından sonra il sonu proqnozumu bəyan edəcəyəm”.

 

Rəşad Camal Mehdiyev xüsusilə qeyd edib ki, söylədiyi fikirlər və verdiyi proqnozlar investisiyalarda istifadə edilə bilməz:

 

“Qətiyyən, nə Raşad Camalın, nə də digər məsləhətçilərin fikirləri ilə investisiya etməyin. Bu biznesdə çox böyük risklər var. Ehtiyatlı olun! Mən xəbərdarlıq edirəm, pul itirə bilərsiniz. Olan-qalan vəsaitinizi Bitcoin-ə sərmayə etməyin. İnvestisiya o zaman məsləhətdir ki, sizin investisiyanız batsa belə yaşayış tərziniz pisləşməsin. Mənim söylədiklərim məlumat xarakterlidir, investiya yönəltmək üçün deyil. Bu barədə xarici mənbələri oxuyun, analitklərdən məlumatlar alın, təhlil edin və öz ağlınızla sərmayə yatırın”.

 

Rəşad Camal Mehdiyevin canlı yayımının videosu

27.11.2017 11:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ