Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Partlayıcı maddələrin idxal gömrük rüsumları artırılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Partlayıcı maddələrin idxal gömrük rüsumları artırılıb

Azərbaycana idxal edilən partlayıcı maddələrə tətbiq edilən idxal gömrük rüsumları artırılıb.


 
Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Reklam_3_11


 
Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən hazırda hərbi məqsədlər istisna ilə, digər hallarda ölkəyə gətirilən barıt, barıtdan başqa hazır partlayıcı maddələr, odkeçirən naqillər və detonasiya naqillərinə 3 faiz idxal gömrük rüsumu tətbiq edilir.


 
Yeni qərara əsasən gələn il yanvarın 1-dən bu partlayıcı maddələrə 5 faiz idxal gömrük rüsumları tətbiq olunacaq.


 
Qeyd edək ki, hazırda Azərbaycana hərbi məqsədlər üçün idxal edilən barıta idxal gömrük rüsumundan azaddır. “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən Azərbaycana hərbi məqsədlər üçün idxal edilən barıta idxal gömrük rüsumu tətbiq edilməməsi qüvvədə saxlanılıb.

 

© APA

27.11.2017 12:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ