Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“OPEC+ ölkələrinin demək olar hamısı sazişin uzadılmasının tərəfdarıdır”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“OPEC+ ölkələrinin demək olar hamısı sazişin uzadılmasının tərəfdarıdır”

"Demək olar ki, OPEC+ ölkələrinin hamısı neft hasilatının azaldılması ilə bağlı sazişin uzadılmasının tərəfdarıdır". 

 

Rusiya KİV-i xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.


“Müqavilənin imzalanması çərçivəsində qoyulan məqsədlərə pozitiv şəkildə çatırıq. Görürük ki, artıq neft ehtiyatlarının 50%-i bazardan çıxıb, neftin qiyməti sabitləşir və “Brent” markalı neftin 1 barelinin qiyməti 60 dollar və daha yuxarı qiymətə qalxıb. Bununla belə, hələ bazarın balanslaşdırılması ilə bağlı hədəfin sonuna çatmamışıq. İndi demək olar ki, bütün ölkələr son hədəfə çatmaq üçün sazişin müddətinin uzadılmasının tərəfdarıdır”.


Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC dövlətləri arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin I rübün sonunadək uzadılması barədə razılıq əldə olunub.

 

© Report

27.11.2017 12:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ