Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

“Əhalini dolların bahaşlamasına hazırlayırlar”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Əhalini dolların bahaşlamasına hazırlayırlar”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Azərbaycanda tam "üzən məzənnə"yə keçidlə bağlı işlər aparıldığını və bu proqramın tezliklə ictimaiyyətə təqdim ediləcəyini bildirib. Qeyd edək ki, ötən ilin sonunda E.Rüstəmov “üzən məzənnə”yə  keçidi rəsmi şəkildə elan etmişdi. Bununla belə, müəyyən hallarda bazara Mərkəzi Bank tərəfindən müdaxilələr edilirdi. Bəs, tam “üzən məzənnə”yə keçidə hazırlıqla bağlı açıqlama nədən xəbər verir?  

 

“Əhalini dolların bahaşlamasına hazırlayırlar”

 

İqtisadi ekspertlər bildirirlər ki, Mərkəzi Bank sədrinin  tam “üzən məzənnə” açıqlaması əhalini dolların bahalaşmağa davam etməsinə hazırlamaqdan xəbər verir. Ekspert Ramin Rəhimov  bildirib ki,  indiyə qədər Mərkəzi Bank müəyyən hallarda bazara dollar çıxarırdı, hərraclarda iştirak edirdi. Bundan əlavə, bəzi hallarda hərracın nəticəsindən aslı olmayaraq məzənnəyə müdaxilə edirdi. 

 

Mərkəzi Bank hərraca pul çıxarmayacaq

 

Tam “üzən məzənnə”yə keçid nəticəsində artıq bu proses dayanacaq. Onun sözlərinə görə, AMB-nin  ehtiyatları 4 milyard dollara qədər azaldığından psixoloji həddi keçməmək üçün valyuta hərraclarına dollar çıxarmağı dayandıracaq. 

 

Banklar dolları ABM-nin məzənnəsi ilə satacaq

 

Eyni zamanda, bankların dollar satışına qoyulan +-4% spred aradan qaldırılacaq. Banklar AMB-nin məzənnəsinə uyğun olaraq valyutadəyişmə əməliyyatlarını həyata keçirəcəklər. Ekspert hesab edir ki, tam “üzən məzənnə”yə keçidin ilkin mərhələsində ola bilsin ki, bankların 4%-lik marja ilə dollar satışı davam etsin. Bu da yarana biləcək manipulyasiyanın qarşısını almaq məqsədinə xidmət edir. 

 

Manatın taleyi hərracın nəticəsindən asılı olacaq

 

Ümumilikdə bütün bu sadalananlar isə o deməkdir ki, manatın məzənnəsi valyuta hərracının nəticəsindən birbaşa aslı olacaq. Yəni, valyuta hərracının sonunda müəyyən olunan kurs qüvvədə olacaq və Mərkəzi Bank məhz həmin kursa hər hansı dəyişiklik etməyəcək. O bildirib ki, AMB hərraca dollar çıxarılışını dayandırsa da, Neft Fondu bazara dollar çıxarmaqda davam edəcək. 

 

Hazırda dolların real qiyməti 2 manatdan yüksəkdir

 

Manatın məzənnəsinə gəlincə, ekspert hazırda dolların real qiymətinin 2 manatdan yüksək olduğunu açıqlayıb. Onun sözlərinə görə, tam “üzən məzənnə” dövründə manatın taleyi  əsasən neftin qiymətindən asılı olacaq. 

 

FED-in müsbət cavabı dolları 1,85-də saxlaya bilər

 

R.Rəhimovun sözlərinə görə, OPEC ölkələrinin hasilatı azaltmaq qərarı hazırda neftin qiymətinin 54-55 dollara qədər yüksəlməsinə səbəb olub. Neftin qiyməti bu həddən aşağı düşməzsə, dolların bahalaşma sürəti azalacaq. Həmçinin, bu həftə ərzində  FED-in növbəti yığıncağında  uçot dərəcəsinin artırılması məsələsi müzakirə olunacaq. FED bu dəfə uçot dərəcəsini artırmazsa, neftin hazırki qiyməti ilə dolların məzənnəsi 1,85 manat səviyyəsində qala bilər.

© Fins.az

12.12.2016 09:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ