Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycandakı BOKT-ların 60%-i 2010-cu ildən sonra yaradılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandakı BOKT-ların 60%-i 2010-cu ildən sonra yaradılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda fəaliyyət göstərən 47 bank olmayan kredit təşkilatının (BOKT) 28-i və yaxud 59,6%-i 2011-2017-ci illərdə yaradılıb.

 

Belə ki, mövcud BOKT-lardan 8-i 2011-ci ildə, 2-si 2012-ci ildə, 11-i 2013-cü ildə, 6-sı 2014-cü ildə 6, 1-i - lisenziyası ləğv edilmiş "Parabank"ın törəməsi olan "Para" BOKT isə 2016-cı ildə fəaliyyətə başlayıb. BOKT-lar arasında 2013, 2015 və və 2017-ci illərdə isə bazara daxil olanı yoxdur.  

 

Qalan 19 BOKT-a gəlincə isə, onlardan 2-si 1999-cu ildə yaradılıb. Bunlar mikromaliyyə sektorunda aparıcı mövqeyə malik, xarici kapitallı "Finka Azərbaycan" (ABŞ) və "TBC Kredit"dir (Gürcüstan). 1 il sonra, yəni 2000-ci ildə isə ABŞ kapitallı "Kredaqro" BOKT fəaliyyətə başlayıb.

 

Mövcud BOKT-dan 6-cı 2002-ci ildə, 3-ü 2003-cü ildə, 2-si 2004-cü ildə, 1-i 2005-ci ildə, 2-si 2007-ci ildə, 2-si isə 2010-cu ildə bazara daxil olub. BOKT-lar arasında 2001, 2006, eləcə də qlobal iqtisadi böhranın hökm sürdüyü 2008-2009-cu illərdə yaradılanı yoxdur.

 

© Renkinq

27.11.2017 13:01

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ