Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Halal ət bazarının liderləri qeyri-müsəlman ölkələridir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Halal ət bazarının liderləri qeyri-müsəlman ölkələridir

Yaxın Şərqə "Halal Ət"i Braziliya satır.

 

"Marja" xəbər verir ki, Dubay İslami İqtisadi İnkişaf  Mərkəzi (DIEDC) və "Tompson Reuters"in məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan 57 ölkənin ümumi əhalisi 1.8 milyard nəfəri keçir.

 

Halal qidaya üstünlük verən bu əhali halal ərzaq bazarını 415 milyard dollar böyüklüyə çatdırıb. Bütün dünyanın iştahanı artıran bu bazardakı ən böyük səkkiz ət istehsalçısının qeyri-müsəlman ölkələri olduğu diqqət çəkir.

 

 Halal bazarında birinci yeri 5 milyard dolları aşan ixracı ilə Braziliya tutur.

 

Bu ölkənin ardınca 2 milyard dolları aşan ət ixracı ilə Avstraliya və Hindistan gəlir. Siyahıda İƏT üzvü yalnız iki ölkə var. Sudan və Türkiyə. Siyahıya görə Türkiyənin İƏT üzvü olan ölkələrə ət ixracı 460 milyon dollar səviyyəsindədir.

 

Sudanın ixracı isə təxminən 630 milyon dollardır. 415 milyard dollarlıq halal qida bazarının ən iri idxalçıları isə Səudiyyə Ərəbistanı, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya və Misirdir.

 

Qlobal halal bazarın 4 trilyon dollar civarında olduğu təxmin edilir.

28.11.2017 04:23

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ