Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"1 hektardan 140 ton məhsul götürmək mümkündür"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"1 hektardan 140 ton məhsul götürmək mümkündür"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Lənkəranda istixana pomidorunun yığımına başlanılıb. Cənub bölgəsinin iqliminə uyğun və rütubətə davamlı olan sortun məhsuldarlığı qənaətbəxşdir. Yerli pomidora tələbat çox olduğundan məhsul elə yerli və paytaxt bazarlarında satılır.

 

Reklam_3_11

Açıq havadaki tərəvəz mövsümü bitdiyi üçün istixana şəraitində yetişdirilən məhsula tələbat artıb. 10 gündən çoxdur Lənkəranda istixana təsərrüfatında məhsul yığımna başlanılıb.

 

İlk yığım günlərində qiymətlər bir qədər aşağı olsa da, hazırda təsərrüfatçıları qane edir. Qiymətləri tənzimləyən əsas amil isə bazarlarda pomidora olan tələbatdır.

 

Təsərrüfat Sahibi Elşən Məmədov: “Qiymətin qalxması-düşməsi çöl məhsullarından asılıdır. Təzə başlayan vaxt çöl məhsulları olduğuna görə parnik məhsulunun o qədər qiyməti olmur. 80 qəpiyə veririk biz təzə başlayan vaxt. Çöl məhsulları soyuq düşdükcə çəkilir. Ona görə də bizim parnik məhsulları yavaş-yavaş qalxır: 1,80 AZN, 2 AZN, 2,20 AZN, 2,40 AZN.”

 

Pomidorun bir ədədin çəkisi təxminən 60,70, 80 qram aralığındadır. Məhsul satış üçün isə əsasən yerli ətraf rayonlara və paytaxt bazarına çıxarılır.

 

Təsərrüfat Sahibi Elşən Məmədov: “Malımız yerli bazarda getdiyinə görə biz xarici bazarlara mal çıxarmırıq. Təmin edir. Tələbat var yerli məhsula.”

 

Kakos tərkibli torpaqda əkilmiş hər bir şitilin məhsuldarlığı dərim dövründə 7-8 kq olur. Yaxşı qulluq göstərilərsə 1 hektardan 130, 140 ton məhsul götürmək mümkündür.

 

Təsərrüfat Sahibi Elşən Məmədov: “Bunların əsas əkilmə üstünlüyü odur ki, rütubətə, şehə, nəm havaya dözümü var. Başqa şitillər əkmək sərf etmir. Çünki havanın rütubətinə görə onların fəsadları çox verir. Ona görə də “tratnoy” şitildən istifadə edirik. Qırmızılıq tam yerində. Bərkliyi var. Daşınması da yaxşıdır ki çürüməsi, əziyi olmur.”

 

Orqanik məhsullara artan tələbatı nəzərə alan təsərrüfatçılar kimyəvi preparatdan demək olar ki, istifadə etmirlər.

 

Aqronom İsmayıl Hüseynzadə: “2 hektara 16 qutu arı qoyuruq. Bunun nəticəsində də çiçəklər mayalanır məhsul verir. Heç bir kimyəvi preparat olmur.”

 

İstixanada zərərvericilərə - ağ kəpənək və böcəklərə qarşı da təbii vasitələr tətbiq olunur.

 

© ARB

28.11.2017 05:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ