Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-da vergi islahatı dövlət borcunu 1,4 trilyon dollar artıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da vergi islahatı dövlət borcunu 1,4 trilyon dollar artıracaq

ABŞ Senatında bu həftə səsverməyə çıxarılacağı gözlənilən vergi islahatı layihəsinin qəbul olunması və qüvvəyə minməsi halında, dövlət borcunu təxminən 1,4 trilyon dollar artıracağı bildirilib. Qeyd edək ki, Respublikaçıların "Vergi Güzəştləri və Məşğulluq haqqında" qanun layihəsi senatda müzakirə edilir.


 
"Marja" xəbər verir ki, ABŞ Konqresi Büdcə Ofisi (CBO) analiz hesabatını dərc edib.
 


Təşkilatın proqnozlarına görə, Senatda baxılan vergi təklifinin mövcud halı ilə qüvvəyə minməsi, ölkənin dövlət borcunun 2027-ci ilədək 1 trilyon 441 milyard dollar artmasına səbəb olacaq. Bu rəqəmin, mövcud vergi sisteminin davam etdirilməsi vəziyyətində isə 1 trilyon 463 milyard dollara çatması gözlənilirdi.
 

Vergi layihəsinin 60 əvəzinə 51 səslə qəbul edilməsinə imkan verəcək kompromis tətbiqi, Ağ Ev tərəfindən dəstəklənən vergi layihəsinin Demokratların dəstəyi olmadan keçməsinə imkan verə bilər.


 
KASIB VƏ ORTA TƏBƏQƏ DAHA ÇOX VERGİ ÖDƏYƏCƏK


 
Bəzi mənfi qiymətləndirmələrin də yer aldığı hesabatda, Senatdakı vergi layihəsinin qanuniləşməsi vəziyyətində ölkədəki ən kasıb və orta təbəqə ödəyicilərin daha çox vergi ödəmək məcburiyyətində qalacağı bildirilib.


 
Bundan başqa, məcburi tibbi sığortanın ləğvini nəzərdə tutan layihəsinin həyata keçməsi halında səhiyyə sığortası xərclərinin mövcud sistemə nisbətən 10 faizdən çox yüksələcəyi qeyd edilib.

 

Hesabatda, ölkədə sığortasız adam sayının 2019-da 4 milyon, 2027-ci ildə isə 13 milyon artacağı proqnozuna da yer verilib.


 
CBO-nun sözügedən hesabatı, vergi qanunlarının 30 ildən çox müddətdir ilk dəfə dəyişdirilməsini nəzərdə tutan vergi islahatına qarşı müxalifətin əlini gücləndirib.
 


Demokratlar "Vergi Güzəştləri və Məşğulluq haqqında" qanununa zənginlərə və şirkətlərə fayda verəcəyi səbəbindən qarşı çıxırlar.
 


Bundan başqa, bəzi Respublikaçı senatorların müxalifətə qoşulması, qanun layihəsinin gələcəyinə dair qeyri-müəyyənliyi artırıb. Bu ana qədər layihəni dəstəkləməyəcəyini bildirən Respublikaçı senator sayı 4 nəfərdir..

28.11.2017 05:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ