Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakıda möhtəşəm göydələn tikiləcək - FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda möhtəşəm göydələn tikiləcək - FOTOLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın "Azinko Holding" şirkəti Bakıda Heydər Əliyev prospektində 50 mərtəbəli yeni göydələn tikməyə hazırlaşır.

 

Reklam_3_11

Bu şirkətin bu prospektdə tikdiyi 2-ci 50 mərtəbəli bina olacaq.


Holdinqin direktor müavini Ağalar Allahyarov "Marja"ya bildirib ki, “Naxçıvan TOWER” adı verilmiş binanın tikintisinə 2018-ci ildə başlamaq və 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur.

 

"Bina iş mərkəzi, mənzillər və ticarət mərkəzini özündə birləşdirəcəkdir" - o deyib.

 

50 mərtəbəli bina 206 metr hündürlüyündə olacaqdır. Qeyd edək ki, hazırda şirkətin tikintisini apardığı binanın hündürlüyü 227 metrdir.


Qüllədə yerləşəcək alış-veriş mərkəzinin sahəsi 20 min kvadrat metr olacaqdır.

 

Həmçinin avtomobil dayanacağının sahəsi 20 min kv.m, ofislərin və rezidenslərin sahəsi isə 49 min kv.m təşkil edəcəkdir. 

 

Holdinqin direktor müavini qeyd etdi ki, layihənin dəyəri təxminən 180-200 milyon manat civarındadır.

 

Hazırda Heydər Əliyev pr-də layihə üçün təklif edilən yerlərə baxılır.

28.11.2017 18:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ