Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Fitch" 2018-ci ildə maliyyə bazarları üçün əsas riskləri açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Fitch" 2018-ci ildə maliyyə bazarları üçün əsas riskləri açıqlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Fitch" Beynəlxalq Reytinq Agentliyinin Suveren Reytinqlər Departamentinin rəhbəri Ceyms MakKormak (James McCormack) 2018-ci ildə maliyyə bazarları üçün potensial riskləri sadalayıb. 


Bunların arasında əsas təhlükəli olan Avropa Mərkəzi Bankının (ECB) monetar siyasətini dəyişməsi ola bilər. ECB-nin öz siyasətində ciddi dəyişikliklər etməsi maliyyə bazarları üçün problemlər yaradacaq.

Reklam_3_11


Bununla yanaşı, əsas risklər arasında ABŞ-ın tərəfdaşları ilə ticarət siyasətində sərtləşdirmələrə getməsi, geosiyasi gərginlik və uçot dərəcəsində artım göstərilir.


MakKormak hesab edir ki, dünyanın aparıcı dövlətləri monetar siyasətini sərtləşdirməyə, yəni uçot dərəcəsini artırmağa tam hazır olmasa da, bu istiqamətdə irəliləmə müşahidə olunur.


Dünyanın aparıcı mərkəzi bankları tərəfindən monetar siyasətin sərtləşdirilməsi Asiya maliyyə bazarlarında müəyyən volatillik yarada bilər. Lakin bu regionda olan ölkələrin tədiyyə balanslarındakı müsbət profisit və yüksək valyuta ehtiyatları onların "təhlükəsizlik yastıqları"nın möhkəm olmasını deməyə əsas verir.

 

©Report

28.11.2017 08:36

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ