Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bayıla gözəllik verəcək “Sabah Residence” tikiləcək - QİYMƏTLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bayıla gözəllik verəcək “Sabah Residence” tikiləcək - QİYMƏTLƏR

 

Yaxın gələcəkdə Bayıl qəsəbəsi möhtəşəm binaları ilə göz oxşayacaqdır. Bu gün Bakıda öz işinə başlamış “Rec Expo” daşınmaz əmlak və investisiya sərgisində bir neçə iri tikinti şirkəti Bayıl qəsəbəsində inşa edəcəyi yaşayış komplekslərini nümayiş etdirib. Bu şirkətlərdən biri “Qala Qrupu”dur.

Reklam_3_11

 

Şirkətin satış təmsilçisi Fatimə Ələsgərova “Marja”ya bildirdi ki, Bayıl qəsəbəsinin girişində, Dəniz Administrasiyasının yaxınlığında  “Sabah Residence” kompleksinin tikintisi nəzərdə tutulub:

 

“Tikinti işlərinə 2018-ci ilin Fevar ayında başlanacaqdır. “Sabah Residence” 4 binadan ibarətdir. 3 bina oxşar, 4-cü bina isə fərqlidir. Adı “Waves”dir (Dalğa). Binanaın dizaynında dalğa elementləri mövcuddur.

 

Kompleksin 450 yerlik 2 mərtəbəli avtomobil dayanacağı olacaq. Binaların ilk 3 mərtəbəsi qeyri-yaşayış üçün nəzərdə tutulub. Burda “Mall” yerləşəcəkdir”.  

 

Fatimə Ələsgərova bildirdi ki, mənzillər yalnız təmirli təhvil veriləcəkdir:

 

“Sabah Residence”də sahəsi 45-500 kv.m olan 1-7 otaqlı mənzillər layihələndirilib. 3 binada mənzilin 1 kvadrat metrinin qiyməti 1950 manatdan, 4-cü binada isə qiymətlər 2050 manatdan başlayır. Müştərilərə 3 növ təmir paketi təqdim edirik: “Standard”, “Premium” və “Eksklyüziv”. Qeyd etdiyim qiymətlər “Standard” paketə aiddir. “Premium” seçildikdə baza qiymətinin üzərinə 200 manat, “Eksklüziv” seçildikdə isə 500 manat əlavə olunacaqdır. “Eksklyüziv” paketi seçənlərə dizayn hədiyyə olunacaqdır.

 

“Sabah Residence”də ofislər də yerləşəcəkdir.

 

Bütün binaların tikintisi eyni anda başlayacaqdır. 3 binanın 28 ay müddətinə, 4-cü binanın isə 22 ay müddətinə tikilib təhvil verilməsi nəzərdə tutulur.

28.11.2017 11:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ