Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Bir ildən sonra qiyməti 40 000 dollar ola bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bir ildən sonra qiyməti 40 000 dollar ola bilər"

"2018-ci ilin sonunda bitkoinin qiyməti rahatlıqla 40 000 dollar ola bilər".


Bu proqnozu "CNBC" telekanalına məşhur investor Mayk Novoqrats (Micke Novogratz) səsləndirib.

Reklam_3_11


Öz sərvətinin 20-30%-nin kriptovalyutalara investisiya edən Novoqrats bitkoini 50 dollar, efiriumu isə 0,30 dollar olarkən alıb. Cari il oktyabrın 10-da bitkoin 5 000 dolalrdan ucuz olarkən, yaxın 6-10 ayda qiymətlərin 10 000 dollara yüksələcəyini proqnozlaşdıran Novoqrats bu dəfə proqnozlarını daha da yüksəldib.


Efiriumun qiymətinin isə 2018-ci ilin sonuna qədər 3 dəfə artacağını ehtimal edən investor, kriptovalyuta bazarına böyük həcmdə pulların axdığını qeyd edib: "Kriptovalyutalar spekulyantların arzusudur, çünki xammaldan fərqli olaraq, onlara tələbat təklifi xeyli üstələyir. Təklif kifayət qədər olmadığı üçün isə qiymətlər kəskin arta bilir. Amma, biz bəzən 50%-dək olan qiymət korreksiyalarına da rast gələcəyik".


Novoqratsa görə, hazırda 300 mlrd. dollar olan kriptovalyuta bazarının kapitallaşması, 2018-ci ilin sonunda 2 trln. dollara çata bilər.


Xatırladaq ki, hazırda bitkoinin qiyməti 9 900 dollar, efiriumun isə 475 dollar təşkil edir.

 

© Report

28.11.2017 11:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ