Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Bitcoin-un yaxında çökməsi ehtimalı 80%-dən yüksəkdir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bitcoin-un yaxında çökməsi ehtimalı 80%-dən yüksəkdir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 
"Marketwatch" stajlı köşə yazarı Mark Hulbert, virtual pul Bitcoin-in ilin əvvəlindən bu yana qiyməti qeyri-adi şəkildə qalxaraq 10 min dollara yaxınlaşmasına baxmayaraq, yaxın bir zamanda çökməsi ehtimalının 80%-in üzərində olduğunu deyir.


 
"Marja" xəbər verir ki, Hulbert, Bitcoin-ə dair mənfi ssenarisini, əmtəə və qiymətli kağız qiymətlərinin qısa zamanda həddindən artıq yüksəldiyinə və çökdüyünə dair əvvəlki təcrübələr üzərində həyata keçirilmiş bir araşdırmaya əsaslandırır.

Reklam_3_11


 
Milli Araşdırma Bürosu (NBER) tərəfindən bu ilin əvvəlində nəşr olunan "Fama köpükləri" adlı araşdırmada qeyd olunur ki, "köpük", qiymətlərdə iki illik müddətdə baş verən sərt yüksəlişdir. Bu müddətdən sonra qiymətin 40% aşağı düşməsi "köpüyün" partlaması deməkdir. 
 


Araşdırmaya görə, iki il müddətində qiymət 100 faiz və ya üzərində artarsa, növbəti iki il ərzində onun azalması ehtimalı 50% olur. Əgər qiymətdəki artım ən azı 150 faiz olsa, iflas ehtimalı 80%-ə yüksəlir. Qiymətlərdə kəskin yüksəliş artdıqca, çöküş "demək olar dəqiqləşir".


 
Bitcoin-in iki il içərisində 2500% bahalaşması isə tədqiqatçılara görə dəqiq çöküşə qarşılıq gələn ən yüksək qiymət artımından 10 dəfə çoxdur.


 
Bununla yanaşı Hulbert, tədqiqatçıların araşdırmada qiymətli kağızlar bazarını nəzərə aldığını, rəqəmsal pulların araşdırmanın mövzusu olmadığını bildirsə də, araşdırmanın Bitcoin üçün də tətbiq oluna biləcəyini düşünür. Hulbert, araşdırmanın ABŞ və ya digər ölkələrin səhm bazarlarında müxtəlif zaman kəsiklərində fərqli nəticə vermədiyini əlavə edir.


 
Bitcoin-in tərəfdarları onun bənzərsiz olduğunu və bu səbədən araşdırmada deyildiyi kimi çökməyəcəyinə israr edirlər. Buna  baxmayaraq əvvəlki bir çox "köpük"lərdə də, "bu bənzərsizdir" kimi oxşar iddialar müşahidə edilmişdi.

28.11.2017 12:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ