Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Azercell-in tam xidmət mağazası Qubada !

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azercell-in tam xidmət mağazası Qubada !
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın lider mobil operatoru Azercell Telekom yeni konsepsiyaya uyğun magazalarının sayını artırmaqda davam edir.

 

Reklam_3_11

Regionlarda da yeni tipli eksklüziv mağazaların sayını genişləndirməyi planlaşdıran Azercell 27 noyabr tarixində Quba şəhərində yeni konsepsiyaya uyğun Eksklüziv mağazasının açılışını edib.

 

Quba şəhəri,Heydər Əliyev p-ti. 196 ünvanında yerləşən bu mağaza ən müasir avadanlıqla təchiz olunaraq yeni Nordic konsepsiyasına uyğun olaraq təşkil olunub.

 

Mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satıcılar dəstək olur. Bu mağazada da “izahlı qaimə” və “addan-ada” əməliyyatları istisna olmaqla, digər müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar icra olunur. Burada abunəçilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Qeyd edək ki, Qubada fəaliyyət göstərəcək bu mağaza həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 20:00-a qədər abunəçilərin ixtiyarına verilir.

 

Yeni ofisin açılış günündə Azercell müştərilərinə özəl hədiyyə olaraq daha bir endirimli kampaniyasını təqdim etdi. Belə ki, açılış günündən etibarən 3 gün müddətində Quba Azercell Eksklüziv mağazasından alış-veriş edən müştərilər, xərclədikləri məbləğin düz 50% dəyərində hədiyyə əldə edə biləcəklər.

 

Azercell Telekom yaxın aylarda yeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə boyu genişləndirərək abunəçilərə daha rahat və faydalı xidmət göstərəcək.

28.11.2017 12:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ