SOCAR-ın bu addımı tədiyyə balansının kəsirini azaldacaq
Azərbaycanın tədiyyə balansının mənfi saldosunu (kəsrini) azaltmaq üçün bu ildən başlayaraq SOCAR idxal etdiyi qazı ixrac etməyə başlayıb. Nəticədə də, ölkədən valyutanın çıxışı bir qədər də azalacaqdır.
“Marja”nın məlumatına görə, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov deyib.
“Keçən ilə qədər idxal etdiyimiz qazı hökumətin tapşırığı ilə ölkə daxilində satırdıq. Öz qazımızı isə kommersiya əhəmiyyəti olduğu üçün xaricə satışını həyata keçirdirdik. Bu ildən isə yanacaq enerji balansında idxalın ixracla əvəzləşdirilməsi tapşırığına əsasən idxal etdiyimiz qazı Gürcüstana ixrac etməyə başlamışıq”.
Özünün hasil etdiyi qazı ixrac etmək, ölkə daxilində isə idxal etdiyi qazı satmaq kommersiya baxımından SOCAR-a sərf etdirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
14 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 15 saat əvvəl
-
15 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
16 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl