"Bakı Olimpiya Stadionu"ndan "kəskin azalma" açıqlaması
"Bakı Olimpiya Stadionu" MMC nizamnamə kapitalının kəskin azaldılmasının səbəblərini açıqlayıb.
MMC-nin baş mühasibi Azər Əliyev bildirib ki, Bakı Olimpiya Stadionu IV İslam Həmrəyliyi Oyunlarının təşkili və "Qarabağ" futbol klubunun Çempionlar Liqası çərçivəsində stadionda keçirilən oyunlarına görə maliyyələşmə ilə bağlı çətinlikləri olub.
"Bundan başqa, Bakı Olimpiya Stadionunun saxlanma xərcləri var. Bütün bu xərcləri qarşılamaq üçün təsisçimiz SOCAR tərəfindən bu maliyyə vəsaiti nizamnamə kapitalın köçürülmüşdü. Hazırda SOCAR öz vəsaitini nizamnamə kapitalından götürüb. Bakı Olimpiya Stadionunun nizamnamə kapitalında azalma bununla bağlıdır.
Qanuna görə, təsisçi nizamnamə kapitalını artıranda və ya azaldanda bir ay qabaqdan "Vergilər" qəzetində elan verilməlidir. Bakı Olimpiya Stadionu da qanuna əməl edərək nizamnamə kapitalı artırılanda və ya azaldılanda bir ay qabaqdan bu elanı qəzetdə dərc edir. Elan kreditorların bundan məlumatı olması üçün bir ay əvvəldən verilir. Vergilər Nazirliyi kreditorların tələblərinin olub-olmamasını gözləyir. Kreditorların 1 ay ərzində tələbləri olmadığı təqdirdə nizamnamə kapitalı azaldılacaq və 1000 manat təşkil edəcək. Nizamnamə kapitalının artırılması Bakı Olimpiya Stadionunun təsisçisi SOCAR-ın verəcəyi qərardan asılıdır. Bu proseslər tam şəffaf və hüquqi çərçivədə aparılır. Bakı Olimpiya Stadionunun fəaliyyəti ilə bağlı audit yoxlaması aparılır. Bütün əməliyyatlar bu audit yoxlamasında da öz əksini tapır", - deyə A.Əliyev vurğulayıb.
Bundan öncə xəbər verdiyimiz kimi, "Bakı Olimpiya Stadionu" MMC-nin nizamnamə kapitalı 2,441 mln. manatdan 1000 manatadək azaldılıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 saat əvvəl
-
16 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
19 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
22 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
22 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl