Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Vergilər 135 minə yaxın yeni VÖEN verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergilər 135 minə yaxın yeni VÖEN verib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda ümumilikdə 134 566 vergi ödəyicisi qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 961 vergi ödəyicisi və ya 27,4% çoxdur.

 

Bunu Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildiriblər.


Məlumata görə, qeydiyyata alınanlardan 9 864-ü hüquqi, 124 702-si fiziki şəxslərdir. Hüquqi şəxslərin qeydiyyatında artım 48% təşkil edir.


Nazirliyin açıqlamasına görə, cari ilin 10 ayı ərzində yeni qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin sayının cəmi fəaliyyətini dayandırmış və ləğv edilmiş vergi ödəyicilərinin sayının cəmindən 18 028 ədəd çoxdur.


Həmçinin, bu ilin ötən 10 ayı ərzində 9 864 hüquqi şəxs qeydiyyata alınıb, 6 499 hüquqi şəxs isə fəaliyyətini bərpa edib ki, bu da 2016-cı ilin müvafiq göstəricilərindən xeyli çoxdur.


2017-ci ilin yanvar-oktyabr ayları ərzində yeni qeydiyyata alınmış və fəaliyyətin bərpa etmiş hüquqi şəxslərin ümumi sayı ləğv edilmiş və fəaliyyətini dayandırmış hüquqi şəxslərin ümumi sayından 5429 say çoxdur. Fiziki şəxslərə münasibətdə də eyni müsbət dinamika müşahidə olunur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ötən 10 ayı ərzində ləğv edilmiş hüquqi şəxslərin sayı 47,2% azalıb.


Eyni dövr ərzində, hüquqi və fiziki şəxslərə məxsus olan, yeni qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş obyektlərin ümumi sayı fəaliyyətini dayandırmış və ya ləğv edilmiş obyektlərin ümumi sayına nisbətən 17 291 say çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə obyektlərin ümumi sayı 14 864 say, yaxud 7,1 dəfə, o cümlədən hüquqi şəxslərə məxsus obyektlərin sayı 3 266 vahid və ya 3,6 dəfə, fiziki şəxslərə məxsus obyektlərin sayı isə 11 598 vahid və ya 11 dəfə artıb.


Cari ilin əvvəlindən etibarən Azərbaycanda qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin 759-u xarici investisiyalı şirkətlərdir. Cari ildə qeydiyyata alınmış vergi ödəyiciləri arasında Türkiyə, İran, Pakistan, Rusiya və s. ölkələrin şirkətləri üstünlük təşkil edir.

 

© Report

29.11.2017 09:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ