Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Palata hərəkətə keçib - rəhbərlər işdən uzaqlaşdırılır, cərimələr yazılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
 Palata hərəkətə keçib - rəhbərlər işdən uzaqlaşdırılır, cərimələr yazılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta şirkətlərinə sanksiyaları artırmağa başlayıb.

 

Məlumata görə, son dövrlər avtomobillərin icbari sığortası üzrə sığorta şirkətləri bir-birilə rəqabət çərçivəsində endirimləri daha da artırıb. «İcbari sığortalar haqqında» Qanunun 12.4-cü maddəsinə əsasən, sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə, verilən komisyon muzdlara sərf edə bilər. Sığorta şirkətləri isə müştərilərə hətta 30%-ə qədər endirim təklif edirlər. Bu isə qanuna zidd olmaqla yanaşı, sığorta bazarını gözlənilməyən risklərlə üz-üzə qoyur.


Maliyyə Bazarlarına Nəzarət Palatası bu ilin əvvəlindən etibarən sığorta endirimləri ilə bağlı yoxlamalara başlayıb və bir neçə dəfə sığorta şirkətlərinə qanunsuz endirimlərlə bağlı xəbərdarlıq edib. Bununla belə, sığortaçılar qanunsuz endirim etməkdə davam ediblər. MBNP bunu nəzərə alaraq artıq ciddi tədbirlər görməyə başlayıb. Məlumata görə, sanksiyalar cərimə və şirkət rəhbərlərinin vəzifədən uzaqlaşdırılmasından ibarətdir. Qanunsuz sığorta endirimlərini davam etdirən bir neçə sığorta şirkətlərinin rəhbər şəxslərinin vəzifəsindən uzaqlaşdırılacağı gözlənilir.


Məlumata görə, tətbiq edilən bu sanksiya qanunsuz endirimlərin qarşısını almaq üçün ən effektiv vasitədir.

 

© Fins

29.11.2017 10:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ