Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Nə üçün Azərbaycanın birja indeksi yoxdur? - SƏBƏBİ AÇIQLANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nə üçün Azərbaycanın birja indeksi yoxdur? - SƏBƏBİ AÇIQLANDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda milli birja indeksinin yaradılması üçün ilk növbədə real iqtisadiyyatı təmsil edən şirkətlər birjada listinqdən keçməlidir. 


Bunu  Bakı Fond Birkası (BFB) İdarə Heyətinin sədri Vüqar Namazov bildirib: "Bu gün onun üzərində çalışırıq. İlk növbədə real iqtisadiyyatı təmsil edən mühüm sektor şirkətlərinin birjaya listinqini təmin etməsi lazımdır ki, onların bazasında birja indeksi formaladıraq".


"Bu gün indeskin sayılması üçün baza formalaşdırmalıyıq. Hüquqi və texniki bazanı yaratmışıq. Hazırda səbətin formaladırılması üzərində hədəflər var və həmin hədəflər üzərində çalışırıq. Şirkətlərin listinqindən, bazar qiymətlərinin yaranmasından sonra bizdə indeksin səbəti hazır olacaq və əlimizdəki imkanlar hesabına həmin indeksi çıxara biləcəyik. Fond indesklərinin yaranması üçün indeksin səbəti formalaşmalıdır və həmin səbətə daxil olan şirkətlər də iqtisadiyyatın indikatoru olan şirkətlər olmalıdır. İqtisadiyyatda baş verən trendləri göstərən şirkətlərin səhmləri bir səbət şəklində yığılır. Bu şirkətlər də iqtisadiyyatın müxətlif sahələrini əhatə edir. Bütün sektorların nümunəvi ola biləcək şirkətlərindən ibarət bir səbət formlaşdırılır. Beləliklə, həmin indeksin dəyişməsi, o səbətə daxil olan şirkətlərin səhmlərinin dəyişməsi iqtisadiyyatın bu və ya digər meyillərini göstərir", - deyə BFB rəhbəri qeyd edib.


V.Namazov əlavə edib ki, strateji yol xəritələrində əks olunan məsələlərdən biri də iqtisadiyyatın mühüm sahələrini təmsil edən ən azı 5 şikətin birjada listinqə gətirilməsi ilə bağlıdır: "Həmin şirkətlərin səhmlərinin ticarətini təşkil edə bilsək, onların qiymətləri üzərindən indeksi hesablaya bilərik”.
O bildirib ki, indeksin hesablanması çox sadədir: “Səbətə alətlər daxil olur. Bu alətlər, gündəlik qiymətlərin dəyişməsi əsasında indeksin trayektoriyası müəyyən edilir və bu da fond bazarını göstərir”.

 

© Report

29.11.2017 12:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ