Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"PAŞA Həyat Sığorta" rəqiblərinin bazar payını ələ keçirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
"PAŞA Həyat Sığorta" rəqiblərinin bazar payını ələ keçirir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"PAŞA Həyat Sığorta" şirkəti həyat sığortası bazarında payını artırmaqdadır. 

 

Reklam_3_11

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir. 

 

Hesabata əsasən, bu ilin yanvar-oktyabr aylarında həyat sığortası üzrə toplanmış 166,991 milyon manat sığorta haqqının 123,371 milyon manatı və yaxud 73,9%-i "PAŞA Həyat Sığorta"nın payına düşüb. Bu rəqəm ötən ilin ilk 10 ayında 66,982 milyon manat və yaxud həyat sığortası üzrə yığımların 53,5%-i qədər olub. Yəni, son 1 ildə "PAŞA Həyat Sığorta"nın bazar payı 20,4% bəndi artıb. 

 

Əvəzində onun rəqibləri olan "Atəşgah Həyat Sığorta" və "Qala Həyat Sığorta" şirkətlərinin bazar payları müvafiq olaraq 24,2%-dən 16,7%-ə və 22,3%-dən 9,4%-ə düşüb. Başqa sözlə, "PAŞA Həyat Sığorta" rəqiblərinin bazar payını ələ keçirir. 

 

Həyat sığortası üzrə ödənişlərdə isə vəziyyət fərqlidir. Belə ki, hesabat dövründə sığortanın bu seqmenti üzrə 96,269 milyon manat ödəniş həyata keçirilib ki, bunun da 39,846 milyon manatı və yaxud 41,4%-ni "PAŞA Həyat Sığorta"nın payına düşüb. Bu rəqəm 1 il bundan əvvəl 32,521 milyon manat və yaxud həyat sığortası üzrə ödənişlərin 42,8%-i qədər olub. Yəni, son 1 ildə "PAŞA Həyat Sığorta"nın ödəniş payı 1,4% bəndi azalıb. Paralel olaraq "Qala Həyat Sığorta"nın da ödəniş payı 26,4%-dən 16%-ə düşüb. Əvəzində "Atəşgah Həyat Sığorta"nın ödəniş payı 30,8%-dən 42,6%-ə qalxıb. 

 

© "Renkinq"

29.11.2017 12:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ