Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ağdaşdan heyva hesabatı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ağdaşdan heyva hesabatı

Ağdaş rayonunda heyva yığımı başa çatıb. Bu il rayonda hava şəraitinin əlverişli keçməsi və ağaclara lazımi aqrotexniki qulluğun göstərilməsi nəticəsində heyva bağlarında bol və saf məhsul yetişib.

 

İki ay öncə bağlarda məhsul tədarükünə başlayan kəndlilər, ümumilikdə, 2600 ton heyva yığıblar. Ötən il isə bağlardan 2500 ton heyva tədarük olunmuşdu.

 

Bağbanlar hər hektardan orta hesabla 60-70 ton məhsul topladıqlarını deyirlər. Kəndlilər məhsulu öz həyətlərində kiloqramını 1,5 manata satıblar. Ağdaş heyvası yerli bazarlarda satılmaqla yanaşı, xarici ölkələrə, əsasən də Rusiyaya ixrac edilib.

 

Rayon Kənd Təsərrüfatı İdarəsindən verilən məlumata görə, Ağdaş rayonunda gəlirli sahə hesab olunan heyvaçılığın inkişafı və məhsul istehsalının ildən-ilə artırılması daim diqqət mərkəzində saxlanılır. Əvvəllər heyvaçılıq rayonu kimi tanınan Ağdaşın bu meyvə ilə bağlı şöhrətinin geri qaytarılması üçün mühüm işlər görülür. Kəndli fermerlər və fərdi təsərrüfat sahibləri heyva bağlarını ildən-ilə genişləndirməklə və ağaclara düzgün aqrotexniki qulluq göstərməklə daha çox məhsul istehsal etməyə nail olurlar. Hazırda rayonda mövcud olan 1608 hektar bar verən meyvə bağının 350 hektarını heyva bağı təşkil edir. Bağbanlar ötən il 5, bu ilin yaz aylarında isə 10 hektar sahədə yeni heyva bağı salıblar. Hazırda yeni meyvə bağlarının salınması üçün kəndlərdə hazırlıq işləri görülür.

 

Qeyd edək ki, heyvaçılıq rayonun Orta Ləki, Aşağı Cardam, Güvəkənd, Yenikənd kəndlərində əhalinin əsas gəlir mənbəyi sayılır. Kəndlilər heyvanın 15 sortunu (“Bəhram”, “Cardam”, “Kamil”, “Əppək”, “Armudu”, “İyli”, “Almalı”, “Bardaq” və s.) yetişdirirlər.

 

İnsan sağlamlığı üçün xeyirli meyvə olan heyva ağacının yarpağından, çiçəyindən, meyvəsindən və çəyirdəyindən 10-a yaxın xəstəliyin müalicəsində istifadə edilir.

 

© Azərtac

29.11.2017 16:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ