Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Razılaşdılar! Neft qalxır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Razılaşdılar! Neft qalxır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

OPEC və Rusiya hasilatın azaldılmasını 2018-ci ilin sonuna qədər uzatmağa hazırdır


 

Reklam_3_11

Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və Rusiya, qlobal ehtiyatlarda azalmanın və qiymətlərdə son dövrdə görülən yüksəlişin davam etməsi üçün neft hasilatının azaldılması müqaviləsini gələn ilin sonuna qədər uzatmağa hazırdır. 
 

"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, Cümə axşamı günü (30 Noyabr) Vyanada keçiriləcək toplantıya qatılan nümayəndələrə görə, bütün OPEC üzvləri və qrupa daxil olmayan ən böyük istehsalçı olan Rusiya, müqavilənin 2018-ci ilin sonuna qədər uzadılması zəruriliyi məsələsində razılaşıblar. Hazırkı müqavilənin müddəti 2018-ci ilin Mart ayının sonunda başa çatır.
 

İraqın neft naziri Jabbar al-Luaibi, "Uzatma müddəti doqquz ay olacaq" deyib.
 

OPEC və tərəfdaşlarının neft bazarına nəzarəti ABŞ-ın şist nefti istehsalçılarından geri almaq üçün əməkdaşlıq etməyə başladıqları vaxtdan bir il sonra, missiyanın hələ bitmədiyi barədə fikir birliyi var.

 

Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, Brent nefti Londonda ICE Futures Europe birjasında 0,5% yüksələrək bareli 63.43 dollara qalxıb. Qərbi Texas nefti (WTI) Nymex birjasında təxminən 1% bahalaşaraq bareli  57.43 dollara çatıb.

30.11.2017 05:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ