Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu şirkətlər Kürdəmirdə 3 aqropark yaradırlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu şirkətlər Kürdəmirdə 3 aqropark yaradırlar

Kürdəmir rayonunda daha 3 aqroparkın yaradılması istiqamətində işlər görülür. "Marja" xəbər verir ki, bunu Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov bildirib.

 

Şilyan massivində 6150 hektar sahədə “SM Aqro” MMC tərəfindən aqropark yaradılır. Aqroparkda bu ilin payızında 1500 hektarda buğda, 500 hektarda arpa səpini aparılıb. 

 

“Vüqar Fermer Təsərrüfatı” MMC tərəfindən isə Muradxan massivində 2500 hektar və “Azər Aqro” MMC Ərəbqubalı massivində 2800 hektar  sahədə aqroparklar yaradılır.

 

Qeyd edək ki, Kürdəmirdə ilk aqropark rayonun Pirili massivində yaradılıb. “QLOBAL-Aqro” MMC-yə məxsus olan və 2 min hektar sahədə yaradılan aqroparkda dənli bitkilərin saxlanılması üçün 27 min tonluq anbar, smart dəyirman, habelə yağ və yem emalı zavodlarının,  toxum emalı sexinin tikintisi nəzərdə tutulub.
Dənli bitkilərin saxlanılması üçün 9 min tonluq anbar artıq istifadəyə verilib. Ərazidə kommunikasiya və digər quraşdırma işləri davam etdirilir. İndiyədək aqroparkın texniki təchizatını təmin etmək üçün 26 yeni texnika alınıb,  28-i sifariş olunub.

 

Bu il aqroparkda ümumilikdə 650 hektar sahədə əkin aparılıb. 400 hektar sahədə qarğıdalı, 200 hektar sahədə soya, 50 hektar sahədə qarabaşaq əkilib. Aqrotexniki qulluq nəticəsində yüksək məhsuldarlıq əldə edilib və hazırda məhsul yığımı davam edir.

 

Aqroparkda yeri dəyişdirilə bilən suvarma sistemindən istifadə olunur. Su təminatını daha da yaxşılaşdırmaq üçün Muradxan kanalının suötürmə qabiliyyəti artırılır.

 

Hazırda aqroparkda 60 nəfər işləyir. Layihədə nəzərdə tutulan işlər başa çatdıqdan sonra burada 250 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

30.11.2017 06:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ