Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“AzerGold” QSC Londonda konfransda iştirak edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzerGold” QSC Londonda konfransda iştirak edib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti 27-30 noyabr tarixlərində Böyük Britaniyanın paytaxtı London şəhərində təşkil olunan “Mines and Money” adlı beynəlxalq konfransda iştirak edib.

 

Reklam_3_11

QSC-dən "Marja"ya daxil olmuş məlumata görə, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov tədbir zamanı qiymətli və əlvan metal yataqlarının işlənilməsi istiqamətində fəaliyyət göstərən müxtəlif nüfuzlu mədən şirkətləri ilə görüşlər keçirirərək yeni tərəfdaşlıq əlaqələri formalaşdırmış, dağ-mədən sahəsində tətbiq olunan innovasiya və texnologiyalar haqqında geniş fikir mübadiləsi aparmışdır.

 

Tədbirin sərgi hissəsində yerləşdirilən “AzerGold” QSC-nin məlumat stendi müxtəlif xarici mədən şirkətləri və investorlar tərəfindən maraqla qarşılanıb.

 

“AzerGold” QSC-nin Streteji planlaşdırma və biznesin inkişafı şöbəsinin müdiri Kənan Salayev konfrans çərçivəsində baş tutan Qızıl Sammitində təqdimatla çıxış edib. K. Salayev Azərbaycanın dağ-mədən sənayesi, əlvan metalların hasilat və ixrac potensialı, həmçinin bu sahənin perspektivləri haqqında konfrans iştirakçılarına geniş məlumat verib.

 

“Mines and Money” konfransı yeni baxış və yanaşmalar, gələcək hasilat işlərinin maliyyələşməsi, investisiya cəlbetmə üsullarının müəyyən edilməsi, innovasiyaların tətbiqi və əməkdaşlığın genişlənməsi mövzularını əhatə etmişdir.

 

Qeyd edək ki, “Mines and Money” konfransı 75 ölkədən olan 2000-dən çox iştirakçının, dağ-mədən şirkətlərini təmsil edən 900-dən çox nümayəndənin, idarəetməsində 3,6 trilyon dollar dəyərində aktiv olan 800-dən çox investor və maliyyəçinin iştirak etdiyi dağ-mədən sahəsinin ən böyük tədbirlərindən biridir.

30.11.2017 08:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ