Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Gürcüstandan ən çox minik avtomobilləri idxal etmişik - MƏBLƏĞLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstandan ən çox minik avtomobilləri idxal etmişik - MƏBLƏĞLƏR

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstandan ən çox minik avtomobilləri idxal edib.


 
Gürcüstanın Milli Statistika İdarəsindən verilən məlumata əsasən, idxal olunmuş minik avtomobillərinin dəyəri 54 mln. 51,7 min dollar təşkil edib.

Reklam_3_11

 

Azərbaycanın qonşu ölkədən idxal etdiyi məhsulların ilk üçlüyünə medikamentlər və tütün məmulatları da daxildir. Cari ilin 10 ayı ərzində Azərbaycan Gürcüstandan 19 mln. 115,9 min dollar məbləğində medikament və 10 mln. 219,7 min dollar məbləğində isə tütün məmulatları idxal edib.

 

Hesabat dövründə Azərbaycan Gürcüstana ən çox qaz və digər qaz halında karbohidrogenlər (226 mln. 417,3 min dollar), neft və neft məhsulları (80 mln. 772,9 min dollar) və elektrik enerjisi (43 mln. 339,3 min dollar) ixrac edib.
 


Qeyd edək ki, cari ilin ilk 10 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 650,4 mln. dollar təşkil edib.

 

© APA

30.11.2017 11:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ