Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Başa çatdı: 50 min ton yığılıb, 70 faizi xaricə göndərilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Başa çatdı: 50 min ton yığılıb, 70 faizi xaricə göndərilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Göyçay rayonunda nar bağlarında məhsul yığımı başa çatıb.

 

Reklam_3_11

Kəndlilər yetişdirdikləri narı topladıqdan sonra onun bir hissəsini bazara çıxarıb, qalan hissəsini isə meyvə şirəsi istehsalı müəssisələrinə satıblar. Bu il bağlara göstərilən aqrotexniki qulluğun yüksək səviyyədə olması və havanın əlverişli keçməsi bol məhsulun əldə edilməsinə imkan verib.

 

Kəndlilər hər nar ağacından 30-50 kiloqram meyvə toplayıblar. Ən önəmlisi isə qabaqlayıcı tədbirlər görüldüyü üçün ağaclarda zədəli nar azlıq təşkil edib. Məhsul toplanışı bu günlərdə başa çatıb.

 

Rayon kənd təsərrüfatı idarəsindən verilən məlumata görə, bu il Göyçayda fermerlər və fərdi təsərrüfat sahibləri 3980 hektar nar bağından 50 min 200 ton məhsul tədarük ediblər.

 

İş adamları narın 70 faizini Rusiya, Ukrayna və Gürcüstana ixrac ediblər. Rayon iqtisadiyyatının əsasını narçılıq təşkil edir. Kəndlilər toplanan nar məhsulunu öz həyətlərində münasib qiymətə Rusiya və digər MDB ölkələrinin bazarlarına, eləcə də Bakı şəhərinə aparan iş adamlarına satıblar.

 

İdarədən onu da bildiriblər ki, Göyçayda narçılığa maraq ildən-ilə artır, yeni və məhsuldar nar sortlarının yetişdirilməsi, təzə bağların salınması üçün tədbirlər görülür. Son iki ildə rayonda 200 hektar sahədə yeni nar bağı salınıb. Dekabrda rayonda yeni nar bağlarının salınması üçün sahələrdə hazırlıq işlərinə başlanılıb. Rayonun 40-a yaxın kəndində yerli əhalinin əsas gəlir mənbəyi olan nar bağlarında əsasən ixrac qabiliyyətinə malik “Gülövşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” nar sortlarını yetişdirməyə üstünlük verirlər.

 

Qeyd edək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Göyçayda cəmi 251 hektar məhsuldar nar bağı mövcud idisə, hazırda rayonda 4350 hektar sahədə nar bağı var ki, bunun 3980 hektarı bar verəndir.

 

© Azərtac

30.11.2017 21:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ