Azərbaycanın ən iri quşçuluq fabriki bölünür - YENİDƏN TƏŞKİL OLUNACAQ
4 yanvar 2018-ci il saat 10.30-da “Siyəzən Broyler” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
“Marja”, ASC-nin elanına istinadən xəbər verir ki, iclasın gündəliyinə;
1. “Siyəzən Broyler” ASC-nin yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin yaradılması. Yenidən təşkili ilə əlaqədar komissiyanın yaradılması və ona müvafiq səlahiyyətlərin verilməsi.
2. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Səhmdarlar ümumi yığıncağın gündəliyinə dair sənədlərlə tanış olmaq üçün cəmiyyətin yerləşdiyi ünvana müraciət edə bilərlər.
Siyəzən Broyler" ASC quşçuluq fabriki Azərbaycanın şimal şərqində yerləşir. "Siyəzən Broyler" ASC quşçuluq fabriki 1984 -cü ildə tikilib istifadəyə verilmişdir. Təyinatına görə Respublikada ən iri ətlik istiqamətli quşçuluq təsərrüfatıdır. Müəssisədə texnoloji avadanlıqlar vaxtilə Macarıstanın "Baboylo" firması vasitəsilə gətirilərək, onların mütəxəssisləri tərəfindən quraşdırılmışdır. 2000-ci ildən etibarən "Siyəzən Broyler" fabriki Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyətə başlamışdır. Hal-hazırda fabrikdə 1300 nəfərə yaxın işçi çalışır. Fabrikdə bir çox çeşiddə quş əti və yumurta istehsal olunur. Fabrikin illik ət istehsalı 21 000 tondur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 16 saat əvvəl
-
17 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
20 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl