Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qanun dəyişdi, sahibkarlar meşə torpaqlarına "hücüm etdilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qanun dəyişdi, sahibkarlar meşə torpaqlarına "hücüm etdilər"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Meşə fondu torpaqlarının icarəyə verilmə müddətinin artırılmasından sonra sahibkarların meşələri icarəyə götürməsinə olan marağı xeyli artıb.

 

Reklam_3_11

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

 

Onun sözlərinə görə, meşələrin icarəsinə daha çox sahibkarı çəlb etmək üçün bu ilin fevral ayında Meşə Məcəlləsinə dəyişiklik edilib. Dəyişiklikdən sonra meşə fondu torpaqları sahibkarlara 10 ilə qədər deyil, 49 ilə qədər olan müddət üçün icarəyə verilir.

 

S.Salmanov qeyd edib ki, Meşə Məcəlləsinə bu dəyişiklik edilənə qədər sahibkarlar meşə fondu torpaqlarını icarəyə götürməkdə maraqlı deyildilər:

 

"Çünki onlar deyirdilər ki, bu torpaq mənə 10 ilə verilir. Onun 5 ilində bağ salıb ağacları yetişdirirəm, 5 ildən sonra da məhsul alıram. 10 ildən sonra məlum deyil ki, mənimlə təkrar müqavilə bağlanılacaq, ya yox. Bu dəyişiklik isə sahbkarlarda maraq yaratdı. İcarə müddətinin artırılması həm sahibkarın sosial vəziyyətini yaxşılaşdırır, həm də ölkənin ərzaq təhlükəsizliyi təmin edilir".

 

S.Salmanov deyib ki, indiyədək həm dağ, həm də Aran rayonlarındakı meşə fondu torpaqları daxil olmaqla, 1500 hektara yaxın meşə fondu torpaqları sahibkarlara icarəyə verilib. Həmin torpaqların 600-ə yaxın hektarı qısa müddətə icarəyə götürülüb.

 

S.Salmanov əlavə edib ki, meşə zonaları daha çox dağ zonalarındadır: "Buna görə də sahibkarlar əsasən ölkənin dağ rayonlarındakı meşə torpaqlarını icarayə götürürlər".

 

© Trend

01.12.2017 05:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ