Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Koreya bankı Azərbaycanın layihəsinə 500 milyon avro kredit ayırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Koreya bankı Azərbaycanın layihəsinə 500 milyon avro kredit ayırdı

SOCAR “Karbamid zavodu” layihəsinin maliyyələşdirilməsi üçün Koreyanın “İxrac-İdxal Bankı”ndan (KEXIM) vəsait cəlb edib.

 

Bankın yaydığı məlumata görə, zavodun inşasına 500 milyon avro məbləğində kredit ayırılıb.

 

“Maliyyə dəstəyi iki ölkə arasındakı iqtisadi əməkdaşlığın inkişafına kömək edir və Azərbaycanda yeni irimiqyaslı layihələrin həyata keçirilməsi üçün zəmin yaradır”, - deyə bankın məlumatında bildirilir.

 

Qeyd edək ki, Sumqayıtdakı Azot gübrəsi-karbamid istehsalı zavodunun layihəsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, 2013-cü il martın 13-də SOCAR və Koreya Respublikasının “Samsung Engineering Co., Ltd.” şirkəti arasında imzalanan mühəndislik, satınalma və tikinti üzrə müqaviləyə əsasən həyata keçirilir. Daxili tələbatın tam ödənilməsi ilə yanaşı, gələcəkdə istehsal olunan karbamid məhsulunun müəyyən hissəsi Türkiyəyə və SOCAR-a məxsus Kulevi terminalı vasitəsilə dünya bazarlarına ixrac ediləcək. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq. Sutkada 2 min ton karbamid istehsal edən zavod kənd təsərrüfatının davamlı inkişafına böyük töhfə verəcək, işsizlik probleminin aradan qaldırılmasına müsbət təsir göstərəcək.

 

Zavodun layihələndirmə işləri 100 faiz, tikinti işləri təxminən 58 faiz olmaqla, ümumilikdə işlərin təxminən 88 faizi tamamlanıb. Zavodun tikintisinin qrafikə uyğun olaraq, 2017-ci ilin sonunda başa çatdırılacağı və 2018-ci ilin əvvəllərində istismara veriləcəyi nəzərdə tutulur.

 

Layihənin dəyəri 700-750 milyon avro məbləğində qiymətləndirilir. Zavodun fəaliyyətə başlaması ilə Azərbaycanda 2 min yeni iş yerinin açılması planlaşdırılır. Finlandiyanın “Neste Jacobs Oy” şirkəti “Karbamid zavodu” layihəsi üzrə layihənin idarəedilməsi və müstəqil təftiş xidmətləri göstərir.

 

© Azərtac

17.01.2017 13:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ