Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Sığorta, avtomobil sahiblərindən 1 ayda 6.7 milyon manat yığdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta, avtomobil sahiblərindən 1 ayda 6.7 milyon manat yığdı

Cari ilin noyabr ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 84 898 elektron sığorta müqaviləsi qeydiyyata alınmışdır.

 

İcbari Sığorta Bürosundan "Marja"ya daxil olmuş məlumata görə, bunlardan 13 427 müqavilə xarici ölkələrdə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olmuşdur.

 

Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 6 666 001 manat təşkil etmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 31% artım, sığorta haqlarının məbləğində isə 28% artım müşahidə edilmişdir.


1 noyabr 2016-cı il tarixindən etibarən icbari avtoməsuliyyət sığortası müqavilələri elektron sənəd formasında bağlanılır.

 

2017-ci ilin noyabr ayı ərzində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 2674 Yaşıl Kart beynəlxalq sığorta müqaviləsi bağlanılmışdır. Bunlardan 1352 müqavilə Türkiyə və İran İslam Respublikasına, 1278 müqavilə Rusiya, Moldova və Ukrayna Respublikasına, 44 müqavilə isə Yaşıl Kart sisteminə daxil olan bütün ölkələrə (Belarus və İsrail istisna olmaqla) səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olmuşdur. Hesabat dövründə beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 184 240 manat təşkil etmişdir. Yaşıl Kart müqavilələrinin 2063 minik, 309 yük, 281 qoşqu, 20 avtobus və 1 motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olmuşdur.

01.12.2017 09:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ