Ən yuxarı (mobil)-2_30

APFM-in rəsmi tədris mərkəzi mükafat ilə təltif olundu

iç səhifə xəbər başlığı altı (mobil)_31
APFM-in rəsmi tədris mərkəzi mükafat ilə təltif olundu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mühasiblərin, maliyyə menecerlərinin və direktorlarının maraqlarını ifadə edən, beynəlxaq statusunu təmin edən peşəkar qurum kimi , Professional Maliyyə Menecerləri Assosiasiyasının rəsmi tədris mərkəzi digər ölkələrin ən qabaqcıl təcrübəsinin öyrənilməsi, Beynəlxalq Mühasiblər Federasiyasının standartlarına uyğun yeni mühasib ixtisası üzrə kadr hazırlığı istiqamətində uğurlarını davam etdirir.

 

Ənənəvi olaraq, London şəhərində Böyük Britaniyanın Beynəlxalq Mühasiblər Assosiasiyası (IAB) tərəfindən Parlamentdə (Houses of Common) 2016-cı ilin yekunlarına həsr olunmuş möhtəşəm tədbir keçirilmişdir. Tədbirdə İnfosystem-Link 10 illik əməkdaşlıq üzrə “Gold Centre” diplomu ilə təltif olunmuşdur. Diplomu IAB Prezidenti- parlamentin üzvü - Fabian Hamilton təqdim etmişdir.

 

Bu tədbirdə dünyanın 90 ölkəsinindən IAB nümayəndəliklərinin rəhbərləri, tədris mərkəzlərinin müəllimləri və tələbələri iştirak edirdi. Qeyd edək ki, İnfosystem-link IAB-in Azərbaycanda rəsmi nümayəndəsi kimi 2005-ci ildən fəaliyyət göstərir. Hal-hazırda Azərbaycanda IAB kvalifikasiyaları və imtahanları 4 səviyyədə təqdim olunur. Beynəlxalq Mühasiblər Assosiasiyası (IAB) neçə illərdi aktiv fəaliyyət göstərir və mühasiblərə, maliyyə mütəxəssislərinə beynəlxalq maliyyə hesabatları standartlarının tətbiqi üzrə bilik və bacarıqlarının artırılması istiqamətində beynəlxalq statuslu kvalifikasiyalar təqdim edir, 150,000 mütəxəssis (25 000 Avropada olmaqla) IAB proqramları üzrə ixtisaslaşmış və hal-hazırda IAB üzvləri kimi fəaliyyət göstərirlər.

 

Səfər ərəfəsində həmçinin IAB nümayəndələrinin ümumi inkişaf strateqiyasi üzrə iclas keçirildi. Bu tədbirdə IAB-in digər ölkələrdə daha da inkişafı, üzvlük məsələlərinin müzakirəsi, yeni kvalifikasiyaların təqdimatı və ümumiyyətlə ölkələr arasında əməkdaşlıq və təcrübə əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olundu.

 

Qeyd etmək lazımdı ki, IAB həmçinin Çirkli Pulların Yuyulması Reqlamentinə əsasən Parlament yanında Nəzarət Orqanıdır və bilavasitə mühasibatlıq uçotu və mühasib peşələri üzrə, eləcə də kommersiya fəaliyyəti və sənaye sahələrində böyük karyera imkanlarına təkan verən müxtəlif maliyyə və biznes ixtisasları təklif edir. Bu ixtisaslar tələbələrə bir çox müəssisələrdə tələb olunan zəruri maliyyə bilikləri üstünlüyü verir, IAB-a üzv olmağa və qurumun post-nominal məktublarına layiq görülməyə, eləcə də növbəti kvalifikasiyaları kəsb etməyə gətirib çıxarır.

 

Bir daha tələbələrimizi , abunəçilərimizi və bütün APFM üzvlərini ürəkdən təbrik edirik və bu kimi ümumi nailiyyətlərimizin davamlı olmasını arzu edirik.

17.01.2017 13:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ