Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Dünya bazarında 6 ton Azərbaycan balı satılıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dünya bazarında 6 ton Azərbaycan balı satılıb"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycandakı arıların 98-99%-i cins arılarıdır ki, bunlar Bozdağ Qafqaz və Sarı Qafqaz cinsinə aid olan arılardır. Qalan 1-2% Ukrayna və Almaniya mənşəli arı ailələridir".
 
Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

 
Onun sözlərinə görə, nazirlik gələcəkdə təbii və süni mayalanma, genofondun artırılması yolları ilə ana arı istehsalını artırmaq və onları fermerlərə paylamaq niyyətindədir. "Yalnız ötən il 10 minə yaxın ana arı paylanılıb", - deyə H.Əsədov vurğulayıb.

 
Nazir bildirib ki, dünya üzrə illik bal istehsalı 1,5 mln. tondur: "Hesablamalara görə, 2020-2022-ci illərdə bu tələbatın kəskin sürətdə artacağı, 2-2,5 mln. ton arasında zərurət yaranacağı bildirilir. Azərbaycanda istehsal olunan bal digər ölkələrdəki baldan fərqlənir. Məlumat üçün bildirim ki, ötən il dünya bazarında 6 ton Azərbaycan balı satmışıq ki, bu da 8000-8500 dollar dəyərində olub. Bizim ballar daha orqanik olduğu üçün dünya bazarına çıxışı daha asandır. Qeyd edim ki, dünya bazarında digər ballarla yanaşı orqanik bala olan tələbat ümumi tələbatın 15-20%-ini təşkil edir".

 
H.Əsədov deyib ki, yaxın vaxtda arıçılığa dövlət dəstəyinin artırılması ilə bağlı prezidentə təkliflərimiz təqdim olunacaq: "Biz bunu Arıçılar Assosiasiyası ilə birgə müzakirə etmişik".

 
"Hal-hazırda arı ailələrinin sayı 3000 təşkil edir və 6000-ə yaxın insan bu işlə məşğul olur. Qısa müddətdə bu işlə məşğul olanların sayının on iki min nəfərə, bal istehsalının 8-10 tona çatdırılmasını nəzərdə tuturuq", - deyə o qeyd edib.

 

©APA

01.12.2017 09:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ