Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Fed: Rəqəmsal pulların əsl dəyərləri yoxdur - XƏBƏRDARLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed: Rəqəmsal pulların əsl dəyərləri yoxdur - XƏBƏRDARLIQ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Mərkəzi Bankının (Fed) Sədr müavini Rendal Quarles, mərkəzi bankların rəqəmsal pul  çıxarmalarının riskli olduğunu bildirib.


 

ABŞ Mərkəzi Bankı Fed-dəki vəzifəsinə qısa müddət əvvəl başlayan Rendel Quarles, Vaşinqtonda keçirilən Maliyyə Texnologiyaları (Fintech) konfransında rəqəmsal pul vahidlərini tənqid  edib..

 

"Marja" xəbər verir ki, qiyməti həftə ərzində 10 min dollar həddini aşandan sonra 11 min 434 dollara qədər yüksələn Bitcoin-in hazırda medianın "göz bəbəyi"dir. Buna baxmayaraq, bahalaşmanın hər hansı bir əsası olmadığını vurğulayan Quarles, "Rəqəmsal pul vahidləri, digər aktivlər tərəfindən dəstəklənmir, əsl dəyərləri yoxdur,hökumətlər tərəfindən yoxlanan banklara bağlı deyillər", - ifadələrini istifadə edib.

 

Quarles, bu səbəbdən rəqəmsal pul vahidlərini yeni maliyyə aləti kimi qəbul etməyin çətin olduğuna diqqəti çəkərək, dövriyyələrinin artmasının maliyyə sabitliyi baxımından yaxın gələcəkdə əhəmiyyətli risklər yaradacağı xəbərdarlığını edib.

 

Mərkəzi bankların öz rəqəmsal pul vahidlərini çıxarmasına da toxunan Quarles, bu məsələdə çox diqqətli olunması lazım olduğunu bildirib. Quarles, sözlərini belə davam etdirib:

 

"Bir mərkəzi bankı tərəfindən çıxarılan rəqəmsal pul vahidinin hüquqi baxımdan hərtərəfli analiz və konsultasiyalar tələb etdiyini düşünürəm. Bundan başqa, hələ özünü təsdiq etməmiş bir texnologiyanın potensial istifadəsi, çirkli pulyuma, kiber təhlükəsizlik və şəxsi gizlilik daxil olmaqla uzun bir risk siyahısını müşayiət edəcəkdir. Bir mərkəzi bank tərəfindən çıxarılan və dünya miqyasında etibarlı olan rəqəmsal pul vahidinin, ciddi kiber hücumlara məruz qalacağından, çirkli pulların yuyulmasında və terrorçuluğun maliyyələşdirməsində geniş şəkildə istifadə ediləcəyindən narahatam".

 

Fed-in Nəzarətdən Məsul Sədr Müavini Quarlesin rəqəmsal pul əleyhinə bu şərhləri, bankın bir başqa əhəmiyyətli adının dünən verdiyi bəyanatlarla ziddiyyət təşkil edir.

 

Nyu-York Fed Sədri Vilyam Dadli, bankın öz rəqəmsal valyutasını çıxarmaq məsələsini düşünməyə başladığını söyləmişdi.

01.12.2017 09:59

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ