Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Birləşməyi bazarda mövqeyimizi gücləndirmək üçün edə bilərik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Birləşməyi bazarda mövqeyimizi gücləndirmək üçün edə bilərik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Rabitəbank" ASC, İdarə Heyətinin Sədrinin jurnalistlərə verdiyi müsahibə barədə dəqiqləşdirilmiş açıqlama yayıb. Bankdan bildirilib ki, yayılan xəbərlərdə onun fikirləri təhrif olunub.

 

""Rabitəbank" ASC-nin İdarə Heyətinin Sədri Elçin Qədimov, bankın birləşmə ilə bağlı planları barədə suala cavab verərək bildirmişdir ki, "Rabitəbank" daim digər banklarla partnyorluq və müxtəlif sinerji növləri, o cümlədən konsolidasiya ilə bağlı fikirlərə açıqdır və bank bazarında baş verə biləcək konsolidasiya proseslərinə müsbət yanaşır. Lakin hazırda Rabitəbankın bu barədə hər hansı bir konkret qərarı yoxdur" - Bankdan "Marja"ya daxil olmuş məlumatda deyilir.

 

XXX

 

Hazırda kapital çatışmazlığı yaşayan 10 bankın birləşməsi aktuallığı artıb. 


Çünki Maliyyə Bazarlarına Nəzarət Palatası həmin banklar qarşısında tələb qoyub ki, ilin sonuna qədər ya kapitalı artırmalı, ya da birləşməlidirlər. Bazarda birləşməyə hazır olan bir neçə bank artıq var və onlar müttəfiqlərini araşdırırlar. Kapitalı yetərli olan böyük banklar kiçik və zəif banklara müştəri gözü ilə baxmağa başlayıblar. Artıq kiçik banklara gələn təkliflərin sayı artıb. 


Məsələn, Rabitəbank"ın İdarə Heyətinin sədri E. Qədimov bankın birləşmə ilə bağlı planları barədə suala cavab verərək bildirib ki, Rabitəbank daim digər banklarla partnyorluq və müxtəlif sinerji növləri, o cümlədən konsolidasiya ilə bağlı fikirlərə açıqdır və bank bazarında baş verə biləcək konsolidasiya proseslərinə müsbət yanaşır:

 

"Bilirsiniz ki, Rabitəbankın nizamnamə kapitalı yüksəkdir və bizim fəaliyyətimizlə ilə bağlı heç bir problemimiz də yoxdur. Birləşməyə gəlincə, bunu kapitalımızı artırmaq üçün deyil, bazarda mövqeyimizi gücləndirmək üçün edə bilərik. Təəssüf ki, hələ Sizi sevindirəcək bir xəbər deyə bilməyəcəyəm”. 

 

 

XXX

 

"Birləşmək yox, kiçik banklara müştəri çıxa bilərik"

 

"Rabitəbank” ASC birləşmə arqumentini qəbul etmir. Çünki bankın qarşısında kapital artırmaq kimi bir məqsəd qoyulmayıb. 

 

Bunu  açıqlamasında Rabitəbank ASC-nin İdarə heyətinin sədri Elçin Qədimov bildirib: 


"Amma dediyimiz kimi, kapital çatışmazlığı olan kiçik banklara müştəri çıxa bilərik. İstəyirik, amma hələki ortada konkret bir şey yoxdu. Bilirsiniz ki, "Rabitəbank"ın nizamnamə kapitalı yüksəkdir və bizim fəaliyyətimizlə bağlı heç bir problemimiz də yoxdur. Digər bankı, kapitalımızı artırmaq üçün deyil, bazarda mövqeyimizi gücləndirmək üçün ala bilərik". 

 

Prosesin nə zaman baş tutmasına gəlincə E.Qədimov konkret tarix açıqlamayıb: "Təəssüf ki, hələ Sizi sevindirəcək bir xəbər deyə bilməyəcəyəm”.

 

Qeyd edək ki, "BankRespublika" və "Rabitə Bankın" birləşəcəyi danışılır.

 

İCARƏYƏ OFİSLƏR TƏKLİF OLUNUR!

 

© İnsider

01.12.2017 06:40

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ