“Sharp” 8K televizorların satışına başlayıb

Yaponiyanın elktronika məhsulları istehsalı sahəsində tanınmış “Sharp” şirkəti ultra-yüksək dəqiqliyə malik 8K televizorların satışına başlayıb.

 

8K texnologiyası yüksək dəqiqliyi ilə seçilir və Full HD televizorlardan 16 dəfə, 4K texnologiyasından isə 4 dəfə güclüdür.

 

Yeni texnologiyalı televizorlar dekabrın 1-dən başlayaraq bazara çıxarılıb. 70 düyümlük monitora malik televizorların satış qiyməti bir milyon yenə (təqribən 8900 dollar) bərabərdir. Televizorların Osaka şəhərindəki marketdə ilk pərakəndə satış günündə 150 komplektin sifariş edildiyi bildirilir.

 

NHK yayım şirkəti 2018-ci ilin dekabrında 8K yayıma başlamağı planlaşdırır.

 

© Azərtac

1 Dekabr 2017, 14:32   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin