Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Azsığorta”nın sədri: “Neqativ" proqnoz müvvəqətidir, müsbətə bərpa olunacağına əminik

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azsığorta”nın sədri: “Neqativ" proqnoz müvvəqətidir, müsbətə bərpa olunacağına əminik

Anar Talıbov: “Proqnozun dəyişilməsi müvvəqəti haldır, yeni ildən sonra müsbət tərəfə bərpa olunacağına əminik”.


 

“Azsığorta” ASC-nin İdarə Heyətinin Sədri Anar Talıbov “Fitch” reytinq şirkətinin qərarını şərh edib.

 

Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, Anar Talıbov bildirib ki,  “Fitch” reytinq şirkətinin qərarında “Azsığorta” ASC-nin reytinqində hər hansı bir dəyişiklik olmadığı qeyd olunur. Sadəcə olaraq proqnoz dəyişikliyi olub və bu müvəqqəti haldır. Yeni ildən etibarən şirkətin yeni biznes strategiyası üzrə işlərə başlanılacaq və tez bir zamanda şirkətin müsbət proqnozu bərpa olunacaq.

 

“Azsığorta”-nın növbəti 3 il üçün qəbul etdiyi biznes strategiya dicitallaşma vasitəsilə əməliyyat xərclərinin azalması, rentabelliyin artması və müştəri loyallığı səviyyəsinin yüksəlməsi ilə bazar payının artırılmasını nəzərdə tutur.

 

Yeni biznes strategiyası ilə yanaşı hazırda şirkətin səhmdarları tərəfindən böyük dəstək var və artıq “Azsığorta”nın maliyyə dayanıqlığının gücləndirilməsi prosesi gedir. Həmçinin yeni ildən etibarən yeni və innoativ xidmətlər təklif olunacaq. Yaxın zamanlarda isə “Azsığorta” müştəri məmnuniyyətinin artırılması istiqamətində yeni layihələrini təqdim edəcək",- Şirkətdən "Marja"ya daxil olmuş açıqlamada deyilir

 

Xəbər verildiyi kimi, "Fitch" beynəlxalq reytinq agentliyi "AzSığorta" ASC-nin reytinqinə yenidən baxıb. "Fitch" şirkətin reytinq üzrə proqnozunu "stabil"dən "neqativ"ə endirib. "Neqativ" proqnoz, reytinqin bir pillə aşağı endirilə biləcəyinə işarədir.

 

Qeyd edək ki, “Azsığorta” ASC Azərbaycan sığorta şirkətləri arasında beynəlxalq reytinqə malik olan iki şirkətdən biridir.

 

“Azsığorta” ASC 2006-cu ildən fəaliyyət göstərir. Şirkət Azərbaycanın bütün regionlarında filiallar və nümayyəndəliklərlə təmsil olunub. 2011-ci ilin dekabr ayından etibarən isə İcbari Sığorta Bürosunun üzvüdür.

01.12.2017 13:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ