Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Türkiyə üç ayda 100 min ton ləpə fındıq ixrac edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə üç ayda 100 min ton ləpə fındıq ixrac edib

Türkiyədən, 2017-2018 mövsümünün ilk üç ayında təxminən 648,3 milyon dollar dəyərində 100 min 651 ton ləpə fındıq ixrac edilib.


 
Qara dəniz Fındıq və Məmulatları İxracatçıları Birliyi İdarə Heyətinin Sədri İlyas Edip Sevinç, verdiyi açıqlamada, 2017-2018 ixrac mövsümünün 1 Sentyabrda başladığını söyləyib.

Reklam_3_11


 Mövsümün ilk üç ayında Türkiyənin 100 min 651 ton ləpə fındıq ixrac etdiyini bildirən Sevinç, "Qarşılığında 648 milyon 255 min 549 dollar gəlir əldə edilib. Ötən mövsümün eyni dövründə 67 min 328 ton ləpə fındıq ixrac edilərək 619 milyon 942 min 545 dollar gəlir əldə olunmuşdu",- deyib.
 

Sevinç, 2017-2018 mövsümünün 31 Avqustda başa çatacağını, ixracın artması üçün əllərindən gələni edəcəklərini qeyd edib.

01.12.2017 14:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ