Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Renault Qrupu 2016-da rekord satış həyata keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Renault Qrupu 2016-da rekord satış həyata keçirib

Renault Qrupu, 2016-cı ildə bir əvvəlki illə müqayisədə 13,3 faiz artımla 3,18 milyon avtomobil satışı həyata keçirərək yeni bir rekord qırıb.


 
"Mara" Renault Qrupun-dan verilən məlumata istinadən xəbər verir ki, "Drive the Change" planı ilə dörd ildir ardıcıl satışlarını artıran qrup, 2016-ci ildə 3 milyon 182 min 625 ədəd satışa çatıb.

Reklam_3_11


 
Dünya miqyasında minik avtomobili və yüngül kommersiya avtomobil satışlarının 4,6% artdığı 2016-cı ildə 13,3 faiz böyümə qeyd edən qrupun dünya avtomobil bazarındakı payı da 2015-ci illə müqayisədə  0,3 bənd artımla 3,5%-ə çıxıb. Keçən il həm Renault, həm Dacia markaları rekord satış həyata keçirib.


 
Keçən il Avropada 11,8%-lik artımla 1 milyon 805 min 290 avtomobil sataraq 10,6 faiz bazar payı əldə edən qrup, Avropa xaricində isə rekord səviyyədə satışla 2015-ci ilə nisbətən 15,3%-lik artım qeyd edib.


 
Renault Qrupunun Marketinq Direktoru və İdarə Heyətinin üzvü Tierri Koskas, "2016-ci ildə dünya miqyasında 3,18 milyon avtomobil  satışı ilə yeni bir rekord qırdıq. Bir neçə ildir ki, davam edən model yeniləmə və coğrafi genişlənmə strategiyamız uğurlu oldu. Bu da Renault Qrupunun hər bir bölgədə  bazar payı baxımından diqqətəlayiq şəkildə irəliləməsinə imkan verir" - deyib.

17.01.2017 13:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ